Konklav Vatikanda keçirilmiş ilk səsvermə turunda yeni Roma Papasını seçə bilməyib.
TNS “Vatican News”a istinadən xəbər verir ki, Sikstin kapellasının bacasından çıxan qara tüstü konklavın ilk səsvermə turunda Roma Papasını seçə bilmədiyini göstərib.
Qeyd edək ki, nəticənin elan olunmasını planlaşdırılandan iki saat çox gözləmək lazım gəlib. Sabah əlavə səsvermə raundları keçiriləcək və qərar qəbul edilənədək davam edəcək.
Xatırladaq ki, kardinallar yeni Papa seçilənə qədər xarici dünya ilə əlaqə saxlamayacaqlar.