ƏMDX dələduzluq xidmətini sürdürməkdədir - Dövlət Xidmətində Tarif Şurasının qərarı Konstitusiyadan üstündür (?)
Ölkənin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanununun Konstitusiya olması elə Ana Qanunun 147-ci maddəsində yazılıb. Böyük Nizaminin “ Qüvvət elmdədir , başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” fikri qanunvericilik sisteminə “transfer edilsə”, “qüvvə Konstitusiyadadır, heç kəs Konstitusiyadan üstün ola bilməz” anlamına gələr. Di gəl, sıradan məmurlar özlərini Konstitusiyadan üstün sayır, hətta qanunu ciblərindən də aşağıda tuturlar. Bunların özlərinin rüşvət qərarlarının qanunu ləğv etmək gücü də var(mış)!
“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun yalnız bir- 11-ci maddəsi Qarabağ savaşı veteranlarına şamil edilir, onu da ƏMDX- Əmlak Məsələləri Dövlət ( oxu: DƏLƏDUZLUQ) Xidməti savaş veteranlarına tətbiq etməkdən imtina edir. Niyə? Axı Konstitusiyanın 149-cu maddəsinə görə, qanunun icrası və tətbiqi bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün MƏCBURİDİR! “ƏMDX rəsmilərinin rüşvət təfsirinə görə, “Veteranlar haqqında” qanunun 11-ci maddəsində MÜHARİBƏ VETERANLARININ istifadəsində olan DÖVLƏT BAĞLARININ və BAĞÇILIQ sahələrinin ƏVƏZSİZ olaraq onların ŞƏXSİ MÜLKİYYƏTİNƏ VERİLMƏSİ qeyd edilmiş (?-qeyd edilməyib, təsbit olunub!- M. B.) , lakin müvafiq daşınmaz əmlaklar üzərində MÜLKİYYƏT HÜQUQUNUN DÖVLƏT QEYDİYYATINA ALINMASI ilə bağlı GÜZƏŞT NƏZƏRDƏ TUTULMAMIŞDIR. Bilirsiniz bu əndrabadi təfsirin altında kimin imzasıdır? ƏMDX-nın rəis müavini Rüstəm Şahbazovun ! Dəhşətdir, Əmlak Xidmətinin ŞƏXSİ MÜLKİYYƏTİN elə HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI olduğundan xəbəri yoxdur? Yoxsa bu yekəlikdə Xidmət özünü rüşvətdən savadsızlığa qoyub? Bəs prokurorluq bunları qanunun məcburi icrasına məcbur etdirə bilmir?
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən , Dövlət Təhlükəsizlik Xidmətindən Qarabağ qazilərinin kollektiv elektron şikayəti İqtisadiyyat Nazirliyinə, yanındakı ƏMDX-ya göndərilib və rəis müavini Rüstəm Şahbazov “Veteranlar haqqında” qanunun 11-ci maddəsini cibinə uyğun təfsir edərək, “Dövlət rüsumu haqqında” qanunda azad olunma nəzərdə tutulmadığını “Vətəndaşların müraciətləri haqqında” qanunun 7.6 maddəsinə zidd olaraq məktubla bildirib. İndi müharibə veteranları soruşurlar, bəs “Dövlət rüsumu haqqında” qanunun hansı maddəsində Tarif Şurasının qərarı ilə XİDMƏT HAQQI NƏZƏRDƏ TUTULUB? Görün, bu yekəlikdə “dövlət “kupça” xidməti”nin rəis müavini qanunsuz ödəniş haqqını necə izah edir:” ..daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə çıxarışın və texniki sənədlərin verilməsi üçün Tarif Şurasının 31.07.2023 tarixli, 5 nömrəli qərarına əsasən, 186.96 manat XİDMƏT HAQQI və daşınmaz əmlakın BAZAR DƏYƏRİNİN müəyyən edilməsinə dair arayışın verilməsi üçün 50 manat XİDMƏT HAQQI nəzərdə tutulur”. Müharibə veteranı əmlakını satır ki, bazar dəyəri müəyyən edilsin? Eyni zamanda “ Dövlət rüsumu haqqında” qanunda çıxarışın verilməsinə 50 manat dövlət rüsumu nəzərdə tutulub, Tarif Şurası isə bundan ortalıq 5 dəfə artıq (186.96+50=236.96 manat) xidmət haqqı müəyyən edib. (?) Bu hansı qanunda, hansı Konstitusiyada yazılıb?
“Dövlət rüsumu haqqında” qanunun 1.1 maddəsinin 1-ci abzasında DÖVLƏT RÜSUMUNUN dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanlarının yaratdığı qurumlar tərəfindən HAKİMİYYƏT SƏLAHİYYƏTLƏRİNİN icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan XİDMƏTLƏRƏ və HÜQUQİ HƏRƏKƏTLƏRƏ görə (sənədlərin tərtibatı, qeydiyyatı, razılıqların verilməsi və s.) ÖDƏNİLƏN HAQQ ( ÖDƏNİŞ) olduğu doğrulanıb. 2-ci abzasda isə yazılıb:” Heç bir hüquqi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla) və ya fiziki şəxs DÖVLƏTİN ADINDAN bu ..1-ci abzasda göstərilən HAKİMİYYƏT SƏLAHİYYƏTLƏRİNİ həyata keçirə bilməz”. Bəs İqtisadiyyat Nazirliyinin, yanındakı ƏMDX-nın, Tarif Şurasının DÖVLƏTİN adından HAKİMİYYƏT SƏLAHİYYƏTLƏRİNİ qanunsuz həyata keçirməsinə niyə qiymət verilmir? Baş prokurorluq, yanındakı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi niyə bu qanunsuz haqq tələbinə, korrupsiya faktına qiymət vermək əvəzinə, şikayətləri barəsində şikayət edilən quruma göndərir?
Bəlkə ƏMDX, Tarif Şurası müvafiq icra hakimiyyəti orqanının yaratdığı hakimiyyət səlahiyyətlərini həyata keçirən qurumdur? Olsun, axı “ Dövlət rüsumu haqqında” qanunun 1.2 maddəsində yazılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar QANUNLA nəzərdə tutulmuş əsaslar olmadan və QANUNDA göstərilmiş HƏCMdən əlavə vergilər və başqa DÖVLƏT ÖDƏNİŞĹƏRİNİ MÜƏYYƏN EDƏ BİLMƏZLƏR. Bəs Tarif Şurası necə dövlət rüsumundan əlavə BEŞQAT HAQQ- DÖVLƏT ÖDƏNİŞİ müəyyən edib?
Dədələrdən qalma deyimdir, deyərlər, utanmasan oynamağa nə var ki? ƏMDX da utanmadan elə oynayır , elə oyun havasına düşməyən ŞABAŞ yığır ki, bilmirsən, ölkədə Konstitusiya üstündür, yoxsa məmurun cibi, ŞABAŞI?
Məğrur Bədəlsoy
TEREF
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_20241008_105223.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_screenshot_20240724_041132_chrome.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_screenshot_20241008_110654_chrome.jpg
 
 


 

Xəbər verildiyi kimi ötən gün paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verib. Fövqəladə Hallar Naziliyindən verilən ilkin məlumata görə ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışa səbəb qaz sızması olub. Partlayışda həm obyektə ciddi ziyan dəyib, həm də 6 nəfər bədən xəsarətləri alıb.

Bizim.Media-nın araşdırmasına görə partlayış Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan “Bolluq LTD” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsində baş verib.

Hansı ki, bu şirkət ümumilikdə fəaliyyətində verdiyi nöqsan və pozuntulara görə dəfələrlə aidiyyəti qurumlar tərəfindən cəzalandırılıb.

İstehsal olunan qəndlər sünu şəkildə ağardılır?

Qeyd edək ki, partlayış baş verən fialilda artıq ikinci qalmaqaldır ki, baş verir. Bundan əvvəl “Bolluq” MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsinin müdiri satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulmasında (qəndin ağardılması) ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.

Müəssisənin bağlanılmasına qərar verilibsə, niyə fəaliyyətdədir?

Bu ilin iyun ayında şirkətin Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanında isə yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkarlanıb.

Belə ki, obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub, anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub. Həmçinin obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb.

Elə insan həyatı və ya sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı üçün həmin ünvandakı obyektin bağlanmasına rəsmi qərar da verilib. Amma əldə etdiyimiz məlumata görə bu qərara məhəl qoymayan şirkət rəhbərliyinin göstərişi ilə Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanındakı müəssisə hələ də fəaliyyətdədir.

Təhlükəsizlik qaydaları pozulur...

Görünən odur ki, şirkətin sözügedən filailında olduğu kimi “Bolluq” MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanındakı sexdə də insan sağlamlığına təhlükə yarada amillər olub. İddialara görə bu müəssisədə də digəri kimi qaz xəttində yıvli birləşmələrdən istifadə olunub və qaz sızması yaranıb.

Maraqlısı odur ki, şirkətin öz daxilində də qanunsuzluqlar yaşanıb. Belə ki, “Bolluq LTD” MMC-nin Şirvan şəhər filialının satış təmsilçisi çalışdığı müəssisənin pullarını mənimsəyib və işə rayon prokuroluğu qarışıb.

Ölkənin qida və qənnadı sektorunda istehsal, satış və distribüter şirkəti kimi fəaliyyət göstərən “Bolluq” MMC-nin adı başqa qalmaqallarda da çəkilir.

Belə ki, "Bolluq LTD" reklam haqqında qanunvericiliyin tələbini pozmasına görə 5 min manat cərimə edilib.

Bundan əlavə şirkətin fabriklərində antisanitariyanın hökm sürdüyü ilə bağlı zaman-zaman mediada məlumatlar və görüntülər yayılıb.

Saxta düyü istehsal olunur?

Bu azmış kimi “Bolluq” MMC saxta düyü istehsalı iddiası ilə də ad qazanıb. Novruz bayramı ərəfəsində süfrələri bəzəyən düyünün sintetik olduğuna dair görüntülər ictimaiyyətdə əməlli başlı səs-küy yaradıb. Ciddi narahatlıq doğuran məsələ ilə bağlı çaşqınlığa şirkətin rəhbərinin açıqlamasından sonra son qoyulub. Hətta məlum olmayan səbəblərdən sintetik düyü ilə bağlı görüntülər sosial şəbəkələrdən götürülüb.

Qeyd edək ki, iki gündür ki, partlayışın səbəbi ilə bağlı “Bolluq” MMC ilə əlaqə yarada bilmirik. Zənglərimizə şirkətin fərqli bir neçə əməkdaşı cavab versə də, ya baş verən partlayışdan xəbərsiz olduqlarını, ya da bu barədə düz ünvana düşmədiyimizi bildirirlər.

Məlumat üçün bildirək ki, 1993-cü ildə topdansatış mərkəzi kimi fəaliyyətə başlamış “Bolluq LTD” MMC-nin direktoru Ağasəf İsgəndərovdur.
 

Dünyapress TV

Xəbər lenti