Biznesmen yoxsa deputat? -
Tibb sektorunda əsas oyunçulardan olan "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) təkcə bu ilin iyul ayında 7 satınalma müsabiqəsinin qalibi seçilib.

AzFakt.com xəbər verir ki, bu tenderlər üzrə şirkət qiymət təkliflərinin ümumi məbləği 1 milyon 599 min 045 manatdır.

"Azəri Med" QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Şirkət Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi təsis edilib. 2020-ci ildə "Azəri Med"in təşkilati-hüquqi forması dəyişdirilib və şirkət QSC-yə çevrilib.

Bundan əlavə, "Azəri Med" 2013-cü ildə "Avanqard UPS" MMC adı altında fəaliyyət göstərib. Lakin elə həmin il də şirkətin adı əvvəlki özünə qaytarılıb.
Nizamnamə kapitalı 10 000 manat olan QSC-nin hüquqi ünvanı Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Bundan əvvəl isə şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A, ev 45A, mənzil 155-də yerləşib.
Şirkətin qanuni təmsilçisi isə Rəhimli Famil Vəli oğludur.
"Azəri Med"in əsl sahibinin deputat Kamaləddin Qafarov olduğu iddia edilir. Şirkətin reyestr məlumatlarına geniş ayırdığımız əslində elə bununla bağlıdır. Məsələ burasındadır ki, "Azəri Med"in əvvəkli hüquqi ünvanda Kamaləddin Qafarov da qeydiyyatdadır. Bu barədə yerli mediada da yazılıb. Bundan başqa, bir müddət şirkəti deputatın əmisi oğlu Hüsaməddin Qafarov təmsil edib.
"Azəri Med"in Kamaləddin Qfaraova bağlılığı şirkətin vaxtaşırı Milli Onkologiya Mərkəzinin (MOM) tenderlərdə qalib gəlməsi ilə də əsaslandırılır. Kamaləddin Qafarov deputat olmamışdan əvvəl MOM-un direktor müavini vəzifəsində işləyib. Yeri gəlmişkən, "Azəri Med" QSC cari ilin may ayında MOM-un kimyəvi dərman preparatları, sarğı materialları və reaktivlərin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri nə az, nə çox, 29 milyon 829 min 766 manatdır.

Azərbaycan qanunverciliyi deputatların bizneslə çəşğul olmasını qadağan edir. Doğrudur, Kamaləddin Qafarov de-yure "Azəri Med"in rəhbəri deyil, amma de-fakto rəhbəridir. Şirkətin tenderlərdə qalib seçilməsi də bu faktorla bağlıdır.

Milli Məclisin V və VI çağırış deputatı olan Kamaləddin Qafarov bu dəfə də seçkiyə qatılacaq. Hakim Yeni Azərbaycan Partiyası 9 saylı Binəqədi ikinci seçki dairəsindən onun namizədliyini irəli sürüb.

Kamaləddin Qafarovun başqa biznes obyektləri də var. "Kanon", "Shafran" apteklər şəbəkəsinin, "Versal Palace" Mənzil-Tikinti Kooperativinin və "Avestafarm", "Naturalist" şirkətlərinin deputata məxsus olduğu bildirilir. Yerli mediada da bu barədə kiafət qədər material tirajlanıb və heç biri təkzib olunmayıb.

Dünyapress TV

Xəbər lenti