Prezidentin Xankəndi, Ağdərə, Xocalı nümayəndəsi “JEK”-in məktubunu Konstitusiyadan üstün sayır
Azərbaycan Respublikası Prezidentinin 07.03.2024-cü il tarixli sərəncamı ilə Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olunub. Elçin Yusubov son 3-4 ildə dövlətin adından çıxarılan məhkəmə qərarını, Konstitusiyanı “JEK”-in (qondarma) məktubundan aşağıda tutan əmlak məmuru kimi ad çıxarıb. Elə Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi əsasında Qarabağa Prezident nümayəndəsi postuna təyinat alan gündə Prezident təqaüdçüsü Qarabağ qazisinin elektron poçtuna göndərdiyi 06.03.2024 tarixli Konstitusiyaya zidd məktub bu “aşağılığı” bir daha ortaya qoyur. Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli 2 (!) qətnaməsi ilə tələbkar Qarabağ əlilinə sahibkarlıqla məşğul olmağa əmlak – qeyri-yaşayış otaqları verməyə borclu edilən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 15 ildir dövlətin adından çıxarılan məhkəmə aktını nəinki icra edir, əksinə məhkəmə qərarının, Konstitusiyanın “JEK”-in saxta, olmayan məktubundan aşağıda olduğunu bildirməkdən yorulmur. Komitə olanda sədr müavini Rafiq Cəlilovun, İqtisadiyyat Nazirliyi yanında Xidmət olanda rəis müavini Elçin Yusubovun imzası ilə. Maraqlıdır, biri(ncisi) Cəlilabada , o biri Qarabağa Prezidentin nümayəndəsi təyin edilir. Görəsən, Qarabağ qazisinə borcunu ödəməyən əmlak məmurları Prezidentin yerlərdə icra siyasətini necə sürdürürlər?
15 ildir nə Xətai məhkəməsi, nə Ədliyyə Nazirliyi ( Xətai və Nizami icra şöbələri) borclunu borcunu ödəməyə məcbur etmir. Bu günlərdə 10-15 ildir susan Xətai məhkəməsi ƏN-in Nizami icra şöbəsinə istinadla bildirib ki, icra sənədi bir neçə dəfə Nizami icra şöbəsinə göndərilsə də, anında icra olunmadan geri qaytarılıb və hazırda şöbədə icra sənədi yoxdur.(?) Özbaşınalığa baxın, icra şöbələri məhkəmənin icra sənədini icra etmək yerinə , it-bata salır, məhkəmə də bu cinayətkar saxtalığa göz yumur. Borclu da borcunu icra etmək yerinə məhkəməni də, icra məmurlarını da “əmlakla satın alıb”, Konstitusiyanı ayaqaltı edir(lər). Görün, borclu Elçin Yusubov Qarabağa xüsusi nümayəndə təyin olunandan bir gün öncə tələbkar Qarabağ qazisinə nə yazıb:
“ ..Nizami rayonu, Bəhruz Nuriyev-10a ünvanındakı qeyri-yaşayış sahəsi Nizami MKTB-nin (“JEK”-in- M.B.) 19.02.2008 tarixli, 02/09 nömrəli razılıq məktubu ilə icarəyə verilmiş, 2008-ci ildə icarəçi (adı yoxdur, anonimdir?- M. B.) tərəfindən özəlləşdirilmişdir. “. “JEK”-in məktubunun da , Elçin Yusubovun məktubu kimi saxta olması bir yana, axı saxta-doğruluğundan asılı olmayaraq , heç bir məktubun, şəhadətnamənin, özəlləşdirmə sənədinin məhkəmə qərarından üstün ola bilməzliyini Konstitusiyanın 129-cu maddəsi doğrulayır! Xətai məhkəməsinin 22.07.2011 tarixli, 2(011)-855/11 saylı icra vərəqəsində isə yazılıb: “ ... Xətai məhkəməsi ( hakim İlqar Əliyev) 21.06.2011-ci il tarixdə ... ƏMDK və qeyrilərinə qarşı “ QƏTNAMƏNİN İCRASINA MANE OLDUĞUNA GÖRƏ MƏSULİYYƏTİN MÜƏYYƏN EDİLMƏSİ və Nizami rayonu, BƏHRUZ NURİYEV, 10”a” ÜNVANINDAKI boş olan yerin İSTİFADƏSİNƏ VERİLMƏSİ tələbinə dair iddia ərizəsinə.. baxaraq QƏRARA ALDI: İDDİA QİSMƏN TƏMİN EDİLSİN.
26.05.2009 tarixli icra sənədi BƏHRUZ NURİYEV, 10 a icra edilməsi .. Xətai və Nizami icra şöbəsinə həvalə edilsin. Qətnamə qalan hissədə (məsuliyyət hissəsində, prokurora xüsusi qərardadla xəbər verilməsi hissəsində- M. B.) təmin edilməsin.” Bu qətnamə ilə Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin üzərinə konkret öhdəlik qoyulsa da, hər iki şöbə məhkəməyə 15 ildir hörmətsizlik edir, görəv və məhkəmə borcunu icra etməkdən əmlak rüşvəti ilə imtina edir, hətta tələbkar 1-ci dərəcəli qaziyə borcu tələb etdiyinə görə işgəncə verdiri(blə)r.
Əsas borclu ƏMDX -nın sədr müavini borcunu ödəmədən Qarabağa posta göndərildi. Kürsü postuna. Döyüş postunda isə , hər çağ olduğu kimi, qazilərdir. Elçin Yusubovun qanuna, Konstitusiyaya zidd “JEK”-in ölkədə ŞAH olması” cavabını imzalamaq görəvini , görəsən, nazir Mikayıl Cabbarov, rəis Mətin Eynullayev.. kimə tapşıracaq? Kim olsa, icra başçısı getmək şansı yüksəkdir...
Məğrur Bədəlsoy