Məhkəmə sədrinin oğlu “silisə çəkilir”?
Gununsesi.info-nun Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin oğlu Məzahir Quliyevin ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq etməsi barədə yazdıqlarından sonra onun əməllərinin qurbanı olmuş digər vətəndaşlar da üzə çıxıb.

Saytımıza müraciət edən bir qrup Gəncə Şəhər sakini Məzahir Quliyevdən olan şikayətlərinin süründürməçiliyə məruz qaldığını deyir.

Onların sözlərinə görə, Məzahir Quliyev ilk dəfə həbs edilən zaman atası İlqar Quliyevin vədlərinə görə onlara dəymiş zərərin bəlli bir məbləği hissə-hissə məhkəmə sədrinin özü tərəfindən ödənilib.

“Biz onun azadlığa buraxılmasına razılaşandan sonra, onu sərbəst buraxıblar” deyən vətəndaşlar, lakin sonradan bu proses dayandırıldığını bildirıb.

Məhkəmə sədrinin oğlu “silisə çəkilir”?

Vətəndaşlar deyir ki, Gəncə Şəhər Baş Polis İdarəsində dələduzluq cinayəti üzrə istintaq olunan cinayət işi teziklə yekunlaşmalı və Məzahir Quliyev məhkəmə qarşısına çıxarılmalıdır.

Saytımıza müraciət edən 4 Gəncə sakini Mehdiyev Elşən Qəzənfər oğlu, Ələkbərov Ramis Cümşüd oğlu, Salmanov Vüsal yunis oğlu və Tağıyev Vüqar Sultan oğlu deyir ki, Məzahir Quliyev onların etibarını qazanmaqla pullarını ələ keçirib.

Elşən Mehdiyevin dediklərindən: 2022-ci ildə birgə biznes adıyla 15 min manatımı alıb. Bir müddət sonra onun dələduz olduğunu öyrəndim. Artıq gec idi. Müxtəlif yalan vədlərlə məni süründürdü. Onun əməllərindən zərərçəkənlərin ortaya çıxması və şikayəti nəticəsində Məzahir saxlanıldı. Sonradan atası İlqar Quliyev bizə minnətçi düşərək, oğlunun həbs edilməməsini xahi. etdi. Biz də ona inandıq. 4 zərərçəkənin hər birinə ayda 1000 manat olmaqla bir neçə ay ödənil etdi. Sonradan proses dayandı. İndi isə deyir ki, daha vermirəm, hara istəyirsiniz şikayət edin”.

Digər şikayətçi Ramis Ələkbərov Məzahir Quliyev ona və ailə üzvlərinə 21300 manat dələduzluq edib: “Türkiyəyə tur opaket üçün aldı. Ovladlarım və onların ailəsinə səyahət təşkil etməli idi. Özünü turizm agentliyinin rəbəri kimi təqdim etmişdi”.

Məzahir tərəfindən pulu mənimsənilən Vüsal Salmanov isə onu Ukraynadan çap məmulatları gətirən iş adamı kimi tanıdığını deyir: “Mağazama bir neçə dəfə gəlib. Orada mənlə tanışlıq yaratdı. Dedi ki, sənə Ukraynadan kağız gətirəcəm. Elə qiymət təklif elədi ki, məmn də inanaraq ona 13 min manat pul verdim”.

Şikayətçilərdən Vüqar Tağıyev isə bildirir ki, Məzahir onun mağazası üçün tibbi avadanlıqlar gətiməsi adı ilə 17000 manatını mənimsəyib: “Artıq Polis İdarəsinə getməkdən yorulmuşuq. Hörmətli daxili işlər naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, bu işi nəzarətinə götürsün və tezliklə bu məsələ həllini tapsın”.

Məhkəmə sədrinin oğlu “silisə çəkilir”?

Məsələ ilə bağlı Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, 32 yaşlı Məzahir Quliyev əvvəllər hərbi xidmətə yararsız kimi hərbi bilet alsa da son olaylardan sonra atası onu hərbiyə yollayıb.

“Onun hazırda adı hərbi hissələrdən birində əsgər kimi gedir” deyən mənbəmiz Məzahir Quliyevin Bakı və Gəncədə sərbəst həyatını yaşadığını iddia edib.

Məzahir Quliyevin məhkəmə sədri olan atası İlqar Quliyev Gununsesi.info-nun sorğusunu cavablandrımaqdan imtina edib.
 

Dünyapress TV

Xəbər lenti