"“Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq”.
Cənab Prezidentin andiçmə mərasimi zamanı işlətdiyi bu ifadə neft sektoruna xarici investisiya həcmlərinin artmasına və neft gəlirlərinin stabilliyinin saxlanılmasına dair ciddi anonsdur"
Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı -ekspert Eldəniz Əmirov bildirib. O fikirlərini belə əsaslandırıb:
"Çünki sabit neft hasilatı üçün investorların yeni investisya layihələrinin icrasına başlamasına ehtiyac var. Eyni zamanda sabit neft hasilatı sabit neft gəliri deməkdir. Qaz və bərpa olunan enerji mənbələri ilə bağlı isə investisiya mühiti çox əlverişlidir. Bu sahədə hər hansı ciddi problem yoxdur".