Suqovuşan Fatehi Qazi Xalid Məmmədov! Ermənilərə qan udduran gizir! Düz 4 ildir haqqı tapdalanır, 4 ildir gözü əmrinə canını qurban verdiyi dövlətindən ədalətli qərar gözləyir! ƏSMN-yi və birbaşa Sahil Babayev heç bir səbəb göstərmədən onun haqqını - hüququnu tapdalamaqla məşğuldur! Nədir günahı Xalidin? Erməniyə güllə atmaq? 4 ildir adamın əlillik dərəcəsini niyə vermirlər? Axı, qəlpə sol qasıq nahiyəsindən girmiş, sol sarğı nahiyəsini parçalayib. Parçalanmış hissədə xeyli sayda qəlpə də qalib. Ayağını zorla çəkib aparır. Hələ cavandır , hələ çəkib apara bilir, bəs bir neçə ildən sonra Xalidin vəziyyəti necə olacaq? 4 ildir evinə 1 çörək almaq imkanından məhrumdur! Bəs onun balaları nə vaxt ürəklə atasının üstünə qaçıb ondan kömək umacaqlar? İgidlərimizi dövlət orqanları niyə belə ailəsi , el- obası, xalqı yanında sındırır? Xalid dərdini danışır, üsyan edir ƏSMN qarşısında üsyan edir Əntiqə Rəşid Aslan TEREF: Xocanin Blogu