Bərdədə dövləti cinayət –
Bərdə rayonunda ağılasığmaz dövləti cinayətlərə yol verilməkdədir. Belə ki, vətəndaşların evlərinə özlərinin xəbəri olmadan tanımadıqları şəxsləri qeydiyyata salırlar. Bu da həm mülkiyyət hüquqlarının pozulması, həm qanunsuzluq, həm özbaşınalıqdır. Problemlə üzləşənlərdən biri Anaxeber.info-nun baş redaktoru Azər Talıbovdur. Ona məlum olub ki, Bərdənin Səməd Vurğun 22 ünvanında yerləşən evinə özünün razılığı olmadan 22 nəfər qeydiyyata düşüb. Ancaq hansı yolla, hansı dövlət qurumu tərəfindən edildiyi bəlli deyil. A.Talıbov Prezidentə, Baş Prokurora, Daxili İşlər nazirinə müraciət edərək məsələnin təcili surətdə araşdırılmasını xahiş edib. Onun sözlərinə görə, Bərdədə belə özbaşınalıqla qarşılaşan tək özü deyil, onlarla bu cür qanunsuzluqlar var. Vətəndaş bildirir ki, Bərdədən verilən məlumatlara görə, bu kobud səhvi edən Pasport Qeydiyyat Şöbəsi olub, lakin deyilən informasiyanı dəqiqləşdirməyə və araşdırmağa ehtiyac var. “Mənə yaşayış yeri haqqında verilən arayışda tanımadığım 22 nəfərin evimdə qeydiyyatda olduqları üzə çıxıb. Halbuki həmin adamları tanımıram, heç zaman da evimə qeydiyyata düşmələri üçün müraicət etməyiblər. Əmlak sahibinin icazəsi, razılığı olmadan heç bir vətəndaş hansısa mənzilə qeydiyyata düşə bilməz. Bizə bəlli deyil ki, bu qanunsuz hərəkətləri hansı dövlət idarəsi edib. Hər halda ortada bir cinayət var və 22 nəfər mənim evimdə qeydiyyata salınıb”, - deyə A.Talıbov bildirib.
A.Talıbov müraciətində xahiş edib ki, məsələ araşdırılsın: “Mən məcburam ki, məhkəməyə müraciət edim. Amma nəyə görə hansısa qurumun qanunsuzluğuna görə vəkil tutmalı, ərizə hazırlayıb məhkəməyə verməli, Bakıdan rayona xərc çəkib məhkəmədə iştirak üçün getməliyəm? Ona görə də mənim kimi belə problemlə üzləşən onlarla vətəndaşın işi araşdırılmalı, hansı dövlət qurumunun yol verdiyi pozuntular olduğu üzə çıxarılmalıdır. Faktiki olaraq, Bərdədə insanları çaş-baş vəziyyətə salıblar, biri-birini şəxsən tanımayan adamlar evlərə qeydiyyata düşüb, indi də onları çıxarmaq üçün məhkəmələrdə vaxt itirməlisən. Mən dövlətdən, hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm ki, bu çağırışıma səs versinlər, qanunsuz əməllərin üstü açılsın, bunu edənlər məsuliyyətə cəlb edilsinlər”. Onu da deyək ki, məsələ ilə bağlı yeni və əlavə məlumatlar əldə etdikdən sonra oxuculara təqdim edəcəyik.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703249234_2.jpg
Azər Talıbov
 

Dünyapress TV

Xəbər lenti