Müştərinin "Bazarstor" marketindən aldığı "Best Beef Servalat" qoyun kolbasasının içindən şüşə çıxıb. Bakupost.az xəbər verir ki, xanım alıcı bu barədə sosial şəbəkədə paylaşım edib. “Həzi Aslanovda yerləşən "Bazarstor"dan aldığım kolbasanın içindən şüşə çıxdı, əməlli-başlı iri şüşələr idi. Bununla bağlı şikayət etdim, amma bilmirəm, nə tədbir görəcəklər. Məhsulun şəklini çəkdim, çeklə birgə marketə getdim, məhsulu da aldılar, çeki də. Bu hadisədən o qədər qorxdum ki, indi uşaq ağlasa da, kolbasa vermirəm”, - deyə o bildirib. Şüşəli kolbasanın fotolarını təqdim edirik: