Lev Tolstoy və Əlimərdan bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən marketlərin birində köhnə ərzaqlar satılır.
Baku TV-nin əməkdaşı sözügedən marketdə alış-veriş etdiyi zaman vitrində istifadə müddəti keçmiş məhsulların olduğunu görüb. Dərhal market əməkdaşına bu barədə məlumat verib.
Market əməkdaşının verdiyi cavab belə olub: “Marketin işçisi yoxdur ona görə bu hal yaşanıb”.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, istehlakçılara təqdim olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına birbaşa sahibkarlar məsuliyyət daşıyırlar:
“Vaxtı keçmiş məhsulların istehlaka təqdim olunması yolverilməzdir. İnsanların həyat və sağlamlığına təhlükə törədən hallara qarşı mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Görüntülərdə bəhs olunan halla bağlı agentlik tərəfindən yoxlama aparılaraq zəruri tədbirlər görüləcək”.