DİA.AZ: - "Şikayətim ASAN Xidmətin onlayn tətbiqlərindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Cəlal Əhədzadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Deməli, onlayn növbə götürmək üçün artıq 5 saatdır işləyirəm. Öz saytlarından sistemə giriş etmək istədim, yazıldı ki, parol səhvdir. Parolu əldə etmək üçün işləmədiyim nömrəmi axtarmalı oldum. Nömrə bağlanmışdı, ona kontur vurub nömrəni aktiv elədim ki, parol göndərilsin. Parol göndərildi sistemə giriş elədim. Həmin sistemdə onlayn növbə sözünə basıram, məni aparır çox naməlum bir səhifəyə, həmin səhifədə növbə götürməyi öyrənmək üçün youtub-da videolara baxdım və öyrəndim ki, növbənin öz mobil tətbiqi var imiş. Artıq telefona tətbiq yükləməkdən telefon donur, hər xırda şirkət tətbiq açıb məcbur edir ki onu yükləyək.
Nə isə... o tətbiqi yüklədim, yeni təyin etdiyim parolla giriş etmek istəyəndə yazıldı ki parol səhvdir.. Necə yəni səhvdir? 5 dəqiqə əvvəl təzə parol qoymuşam ASAN-ın web saytında. Düşündüm, bəlkə ASAN xidmətlə, ASAN növbənin parolu fərqlidir. Ona görə təzədən qeydiyyat sözünə basdım və məlumatları yazdım. Hamısı xeyli vaxt itkisi. Və cavab gəldi ki, siz artıq qeydiyyatdan keçmisiz.. Bu qədər əsəb niyə verirsiz adamlara? Qeydiyyatdan keçmişəmsə, niyə girişdə yazırsız parol səhvdir. Axı həmin parolla web saytınızda ASAN loginə girə bilirəm, ASAN növbəyə girmək üçün mən nə etməliyəm bəs? Dolamısınız camaatı? O qədər oyun yaradıblar, ASAN login, ASAN xidmet, ASAN növbə, sima. Niyə bu qədər qəlizləşdirirsiz sistemi? Sadə bir vətəndaş necə baş çıxarsın bu qədər şeydən? Adını da qoymusuz ASAN Xidmet..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...