Süleyman Nemətovun bir tədbirə general uniformasında qatıldığını bildirilir. O da ifadə olunur ki, Prezidentin hələ bu barədə sərəncamı yoxdur, amma veriləcək. Doğrusu, anlamıram, Prezidentin hansı Sərəncamı nə vaxt imzalayacağını əvvəlcədən kimi bilə bilər? Bilsə belə, bunu erkəndən ictimaiyyətə açıqlamaq nə dərəcədə doğrudur? Ən əsası, Sərəncamdan əvvəl çiyninə paqon taxmaq və bu geyimlə hansısa tədbirə qatılmaq iş ədəbinə uyğundurmu? Baxıram, Prezidentin rəsmi saytına, həqiqətən də belə bir Sərəncam görmürəm. Naxçıvan MR DİN-nin rəsmi səhifəsində də Süleyman Nemətov polis polkovniki kimi görünür. Nələr baş verir? Bəlkə Prezidenti fakt qarşısında qoyub generallıq rütbəsi almaq əməliyyatı keçirilir? Ümid edirəm ki, Süleyman müəllimin hansısa tədbirə general uniformasında qatılması məlumatı səhih deyil və onun şəkili hansısa qüvvələr tərəfindən montaj olunaraq media qurumlarına servis edilib. DİN-in bu müəmmaya aydınlıq gətirməsi yaxşı olardı. Heydər Oğuz Teref.az