“Hakim oğluma əsassız olaraq 8 sutka həbs cəzası verdi, Apellyasiya Məhkəməsi ləğv etdi, amma…” –
“Hakim oğluma əsassız olaraq 8 sutka həbs cəzası verdi, Apellyasiya Məhkəməsi ləğv etdi, amma…” – GƏNCƏ ŞƏHƏR POLİSİNDƏN ŞİKAYƏT

“Oğlum Tural Bayramov anası xəstə olduğu üçün 14.01.2023-cü il tarixdə Gəncə şəhərinə gedib və qayıdanda Gəncə şəhər YPX əməkdaşları Abdıyev Mürşüd və Rzayev Yunis tərəfindən təhlükəsizlik kəməri taxmadığı üçün saxlanılıb. Bu vaxt məlum olub ki, maşının əlavə cəriməsi var. Maşını təzə aldığımız üçün bundan xəbərimiz olmayıb. Həmin vaxt oğlum mənə xəbər verdi və cərimə tərəfimdən dərhal ödənildi. Buna baxmayaraq, polislər guya oğlumun onlara müqavimət göstərdiyini iddia edərək, onu Gəncə şəhər 1 saylı bölməyə aparıblar”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Tural Bayramovun atası tərəfindən redaksiyaya daxil olan məktubda bildirilir. Onun sözlərinə görə, bölmədə polis təhqiqatçısı Murad Xurşudov tələsik protokol tərtib edərək, işi məhkəməyə göndərir: “Məhkəmədə Cavid Tağıyev oğluma 8 sutka həbs cəzası verir. 17.01.2023-cü ildə Apellyasiya Məhkəməsi dəlil-sübut olmadığı ücün gərarı ləğv etdi və təkrar baxılmaq ücün məhkəməyə yolladı. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə oğlumun tam günahsız olduğu sübuta yetirildi.

Bir gün nəzarətsiz qaldığından, maşına ziyan dəymişdi. Hara şikayət edirəm, baxmırlar, özlərinə xeyir edən məhkəmənin birinci qərarını əsas gətirirlər, sonrakı qərarlar heç kimi maraqlanmır. Maraqlıdır ki, hər iki məhkəmənin hakimi Cavid Tağıyev olub.

Xahiş edirəm, mənə kömək edəsiniz”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti