Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 milyon manat vəsaitin düzgün istifadə edilmədiyini aşkarlayıb.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Globalinfo.az-a danışıb.
O, açıqlamasında deyib ki, təşkilatla bağlı Hesablama Palatasının belə rəyi ilk deyil:
“Yeri gəlmişkən, başqa dövlət və hökumət qurumları ilə də bağlı Hesablama Palatasının buna bənzər rəyləri olur. Problem başqadır. Təəssüf ki, biz Hesablama Palatasının bu rəyindən sonra araşdırmaları və ciddi cəzaları görmürük. Hesablama Palatasının apardığı yoxlamalar və gəldiyi nəticə cinayət işinin başlanması üçün əsas yaradır. Bu, qanunvericilikdə də var. Hesablama Palatasının gəldiyi nəticələrə əsasən cəza mexanizmi olmalıdır. Bu halda vətəndaş da görər ki, dövlət büdcəsindən ayrılan vəsaitin qeyri-rasional xərclənməsinə görə cəzalar tətbiq edilir”.
Mövzu ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlamışıq.