Şabranda DÖVLƏT ADINA QƏSD... - NARAZILIQ VAR!

DogruXeber.az: - Şabran şəhəri, Zakir Məmmədov küçəsi, ev 34-də yaşayan Gülüyev Səyyar Abdulqasım oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti onu aldadıb:

“Mən, Gülüyev Səyyar Abdulqasım oğlu, yazaraq sizə bildirirəm ki, 6 ildir "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti məni aldadaraq, məhkəmənin təyin etdiyi borcu ödəmir. Dəfələrlə müraciət etmişəm, heç bir faydası yoxdur.

Məlumat üçün bildirim ki, mənim böyük bir bağ sahəm var. Bu sahədə çoxlu ağaclar əkmişdim. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları gəlib bağa baxış keçirdilər və dedilər ki, buradan kəmər keçir, ağaclar çıxarılmalıdır. Dövlətin qərarı və özümün də iştirakımla 8 illik bar verən ağaclar çıxarıldı. Həmin vaxtdan da özləri ağaclara verdiyi qiymətlə görə mənə 5436 manat pul ödəməlidirlər. Yenidən ekspert gəlsə, qiymətləndirmənin də aşağı pulla hesablandığını görəcəklər. Lakin, 6-7 ildir bu pulun ödənilməsi üçün müraciət edirəm, mənə cavab verirlər ki, göndərmişik qurumlara, pulunuz ödəniləcək.

Hansı qurumdu, bilinmir. Qurumun “adı-familiyası” yoxdur. Qiymətləndirmə 93 ağaca cəmi 5436 manat pul hesablayıb. Deməli, fındıq ağacına 31 manat, şaftalı ağacına 18 manat, alça ağacına 36 manat, gavalı ağacına 44 manat, xurma ağacına 32 manat və s. qiymətlər qoyulub. Halbuki, bu qiymət olduqca aşağıdır. Buna baxmayaraq ödənişi də etmirlər.

Xahiş edirəm ki, mənim problemimi işıqlandırıb, pulumun ödənilməsinə köməklik göstərəsiniz”.

Qeyd olunan iddia ilə bağlı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələni araşdırıb, məlumat verəcəklər.//dia.az

Şabranda DÖVLƏT ADINA QƏSD... - NARAZILIQ VAR!

Şabranda DÖVLƏT ADINA QƏSD... - NARAZILIQ VAR!

 

facebook sharing button

Dünyapress TV

Xəbər lenti