DİA.AZ: - "Ədalət dedikləri budurmu?" DİA.AZ bildirir ki, bunu öz narazılığında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı ifadə edib.
Hüquq müdafiəçisi "Azəriqaz" rəhbərliyinin idarəetmə üsulunu aşağıdakı kimi şərh edib:
"" Azəriqaz" İB Ağsu RQİİ idarəsinin baş mühəndisi , Zaur Məmmədovu Zaqatala RQİİ-ə baş mühəndis göndəriblər. Bir müddət əvvəl baş mühəndis Ucar XC -nin işçisi İlkin Məmmədovla dalaşıb,onu işdən azad etdirdi , işdən çıxarılandan sonra da idarə tərəfindən polis idarəsinə İlkindən şikayət olunmasına nail oldu. Hazırda İlkin bir aylıq həbs cəzası ilə türməyə, Zaur Məmmədov isə öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün Zaqatala RQİİ baş mühəndis göndərildi.
Bu həm də haqqını müdafiə etmək istəyən işçilərə bir mesajdır..."