Azərbaycanlı müğənninin dişi yonuldu, xərçəngə tutuldu
Azərbaycanda gənc müğənni, bəstəkar, "Yeni Ulduz" yarışmasının iştirakçısı olan 31 yaşlı Samir Cabbarov bir ildir xərçəngdən əziyyət çəkir.

Teref.az Medicina.az-a istinadən xəbər verir ki, 2 il əvvəl stomatoloq tərəfindən yonulan dişinin sərt ucu onun dilinə sürtünərək dilin kənarlarını zədələyib. Öncə buna əhəmiyyət verməyib, bir müddət sonra onun dilinin kənarında kiçik şiş kimi qabarıq əmələ gəlib.

Daha sonra limfaları şişən Samirə həkimlər həmin şişin xərçəng olduğunu və limfalara yayıldığını bildirib.

Onkologiya Mərkəzində onun dilinin yarısı və limfa düyünləri kəsilib.

Kimyaterapiyalardan bir neçə ay sonra yenidən çənədə yumru şişlər əmələ gəlib.

Hazırda həmin şişlərin yeri dəlik kimi qalıb. Xəstəliyinə görə 20 kq arıqlayan, artıq mədəyə birləşmiş borucuq ilə qidalanan Samirin müalicəsində Bakıda oluna biləcək üsul qalmayıb.

Samirin həyat yoldaşı onu Türkiyəyə apararaq ağıllı dərman metoduna üz tutmaq istəyir:

"Biz bir neçə dəfə İstanbulda bahalı kimyaterapiyalardan keçmişik. Samirin qardaşı, yaxınları bu 1 ildə bütün müalicələrin xərcini çəkib. Amma daha manatımız belə yoxdur.

Samir yaxşı danışa bilmir, qorxur, heç dostlarının da onu bu halda görməsini istəmir. Heç bir verilişə çıxa bilmir.

Ağıllı dərmanın alınması üçün 15-20 min dollar lazımdır.

14 noyabrda biz Türkiyədə çek-apdan keçməliyik. Vaxt azdır, Samirin xilası üçün bundan artıq yol qalmayıb.

Ümidimiz gələn hər yerə üz tutmuşuq.

Samir hələ gəncdir, gözəl səsi var, arzuları, xəyalları vardı. Onu belə görmək içimizi parçalayır".
 

Bölmənin digər xəbərləri

14 Noyabr 2024 "O kişini mənim əlimdən heç kim ala bilməz" - Türkandan ŞOK SÖZLƏR
12 Noyabr 2024 Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi
12 Noyabr 2024 Yeddi yaşlı bloger sosial şəbəkədən 20 milyon dollar qazandı
12 Noyabr 2024 SON DƏQİQƏ: Bu məşhur şəxs aeroportda saxlanıldı: Axtarışda imiş - FOTO
11 Noyabr 2024 “Mənim hazırladığım geyimi Elza Seyidcahan başqa modelyerin adına çıxarıb, ona təşəkkür etdi”- tanınmış modelyer müğənnidən ŞİKAYƏTÇİDİR-ÖZƏL
11 Noyabr 2024 Bələdiyyə sədri Ebruya 69 milyon verib
11 Noyabr 2024 Qadın müğənni efirə özü ilə OĞLAN GƏTİRDİ – (VİDEO)
10 Noyabr 2024 Azərbaycanlı məşhurun oğlu təcili əməliyyat olundu
09 Noyabr 2024 “Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” - Həmkarını biabır etdi
09 Noyabr 2024 Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil "SƏSİ BATDI" - Anbaan VİDEO
09 Noyabr 2024 Ebru Şallı boşanır: Hər şey maddiyat imiş
09 Noyabr 2024 Həyat yoldaşından ayrıldığını açıqladı
08 Noyabr 2024 Azərbaycanda “tiktoker”lərin sürdüyü BAHALI maşınlar – VİDEO
07 Noyabr 2024 Bahar oxuduğu toyda hönkür-hönkür AĞLADI - VİDEO
07 Noyabr 2024 "Kiminsə arxasınca qaçacaq yaşda deyiləm" - VİDEO
06 Noyabr 2024 Əli Mirəliyev Elşad Qarayevi efirdə təhqir etdi - VİDEO
05 Noyabr 2024 Samir Bağırov: "Bəzən içimə şeytan girirdi"
04 Noyabr 2024 “Şou-biznesdə evli kişilərlə yaşayan qadınlar var, kişilərlə yaşayan kişilər də çoxdur”-Müğənnidən İLGİNC açıqlama-ÖZƏL
04 Noyabr 2024 "Sındırmağa qozum yoxdur, sındırıram fındığımı" - Elza yeni şeir yazdı
04 Noyabr 2024 "Cəmiyyətə sırıdığımız müğənnilərin qarşısını ala bilmirik"

Dünyapress TV

Xəbər lenti