“Bizim tamaşaçı dəxilsiz rəqsə 200 manat verir bunu anlamadım”. Bu fikirləri dünyaca məşhur İrlandiya rəqqaslarının konserti barədə peşəkar rəqqas səsləndirib.
Bu günlərdə İrlandiyanın rəqs ansamblının Azərbaycanda konserti keçirilib. Azərbaycan tamaşaçısı konserti böyük maraqla qarşılayıb. Lakin konsertə peşəkar rəqqas baxışı və qiymətləndirməsi fərqlidir. Belə ki, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə konsertdən narazılığını ifadə edib.
DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, xalq artisti dünya şöhrətli irland ansamblının təqdimatından məmnun qalmadığını bildirib:
“Konsertə baxdım. Səhnədə 9 qız, 6 oğlan musiqiçi var idi. Musiqilər eyni tempdə, xareoqrafiya çox kasıb… Demək olar ki, eyni hərəkət və eyni rəqs cizgilərindən ibarətdir. Rəqqaslardən ikisi sanki səhnəyə yox, sumo güləşinə çıxmışdı. Çox kök idilər. Kostyumlardan heç danışmıram. Məni bu konsertdə təəccübləndirən bir şey oldu - bizim tamaşaçılar. Nə üçün dəxilsiz konsertə 200 manat verirdilər, bunu anlamadım".