"Qızım Günelə evlilik təklifi anidən oldu. Onlar bir-birini uzun zamandır sevirlər. Yaxında elçilik, nişan və toy olacaq. Bu iki-üç ay ərzində hamısı baş tutacaq".
Teref.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib. 19 yaşlı qızı Günelə evlilik təklifindən söz açan sənətçi, cütlüyün ailə qurduqdan sonra ABŞ-a köçəcəyini bildirib:
Qeyd edək ki, Ş. Tovuzlunun qızı Günel ilk evliliyindəndir. Müğənninin iş adamı "Həci" ilə nikahından isə Əli adlı oğlu var.