Türkiyəli tanınmış musiqiçi Onur Şener səhnə aldığı gecə klubunda mahnıya görə öldürülüb.
Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ankaranın Çankaya rayonundakı gecə klublarından birində üç nəfər Onur Şenerdən adını verdikləri mahnını ifa etməsini istəyib. Musiqiçi həmin mahnını bilmədiyini dediyi üçün mübahisə başlanıb, onlar butulkaları qıraraq səhnəyə atıblar. Şüşə qırıqları sənətçinin boynuna batıb və onun şah damarı kəsilib. Xəstəxanaya aparılan ifaçının həyatını xilas etmək mümkün olmayıb.Faktla əlaqədar 5 nəfər nəzarətə götürülüb. Daha sonra onlardan 2-si sərbəst buraxılsa da, 3-ü həbs edilib.