Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? –
Müğənni Kəmalə Günəşlinin son günlər efirlərdə görünməməsi diqqət çəkib. İddialara görə, ona efirlərə çıxmaq qadağan edilib və bu təşəbbüs Xalq artisti Aygün Kazımovadan gəlib. Səbəb isə ifaçının “Diva” haqqında səsləndirdiyi fikirlər olub.

Belə ki, K.Günəşli özünü qarşı tərəflə müqayisə edərək bunları deyib:

“Aygün Kazımovanın nə boyda sənəti var ki?! O, estrada janrının ifaçısıdır. Muğamı bilir? Yeri gəlsə, mən muğam da oxuyuram, estrada da ifa edirəm. Dərs almışam, hər şeydən anlayışım var. İnsan seviləndə “diva” olur. Bunu bilin!”.

Globalinfo.az məsələni aydınlaşdırmaq üçün Kəmalə Günəşli ilə əlaqə saxlayıb.

Lakin müğənni bu mövzuda danışmağa vaxtının olmadığını deyib.

“Doğru məlumat deyil”, – deyə o yekunlaşdırıb.
 

Bölmənin digər xəbərləri

Dünyapress TV

Xəbər lenti