|
Məşhur ukraynalı müğənni Kamaliya Pakistan əsilli milyarder Məhəmməd Zahurdan boşandıqdan sonra yeni münasibətə başlayıb.
Bu barədə ifaçı özü açıqlama yayıb:
"Elə bir an gəlir ki, parlayırsan. O insanı hər zaman görmək, onunla vaxt keçirmək, onun üçün nəsə etmək istəyirsən. Əvvəlcə hər kəs aşiq olur, amma sevgi yalnız iki və ya üç illik münasibətdən sonra öyrənilir".
Kamaliya sevgilisinin kimliyini açıqlamayıb. O, bu münasibətin uzun olub-olmayacağını hələlik bilmədiyini əlavə edib.
Qeyd edək ki, müğənni 20 il Zahurla ailəli olub. Onların iki qızı var. Tərəflər 2023-cü ildə səbəb göstərmədən boşandıqlarını açıqlayıblar.//Axşam.az