|
Məşhur meyxanaçıların çıxış etdiyi məclisdə əlil arabasında olan bir şəxsin onların masasına yaxınlaşıb "şabaş" verməsi maraqlı hadisəyə səhnə olub.
Orxan Lökbatanlı və Ruslan Müşfiqabadlının qarşısındakı masaya pul qoyan həmin şəxs oradan uzaqlaşıb. Bu zaman Ruslan qafiyə ilə bu məqama alqış qazanacaq meyxana səsləndirib və həmin pulu dərhal əlil arabasındakı şəxsə qaytarmaq üçün səhnədən enib.
O kadrları təqdim edirik:
titul.az