Ustad sənətçi Orhan Gencebayın oğlu Altan Gencebay uzun müddətdir sevgili olduğu Berna Arduçla ailə həyatı qurub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Orhan Gencebayın Əzize Gencebayla evliliyindən dünyaya gələn oğlu Altan Gencebay sevgilisi Berna Arduçla Beykozda bir məkanda sadə mərasimlə toy edib. Bu, 2021-ci ildə oğlunun anası Eda Edgüdən boşanan 54 yaşlı Altan Gencebayın ikinci evliliyidir.
Toydan şəkilləri İnstaqram hesabında paylaşan Altan Gencebay: "Sağlıq, hüzur, xoşbəxtlik, hörmət və sevgi ilə çox gözəl günlər yaşayaq, canım" ,- deyə bildirib.
Toy mərasimində bütün gözlər Orxan Gencebayı axtarsa da, o, yox idi. Gencebayın həyat yoldaşı Sevim Emrə "Orxan bəylə mənim toydan xəbərimiz yox idi. Sadə bir mərasimlə evləniblər" deyib.