|
Əməkdar artist Lalə Məmmədova izləyicilərinin suallarını cavablandırıb.
Müğənni retro mahnıları səsləndirməsindən danışıb.
O bildirib ki, bu tip mahnıları oxuyarkən narahat olur:
“Əsl sənətin, musiqinin yaşı olmur. “Köhnə” yox, retro desəniz, yerinə düşər. Sevə-sevə oxuyuram. Bununla yanaşı nə gizlədim, həm də qorxuram. Ya ilk ifaçının yaratdığı təəssüratı korlayaram deyə”.
Fanatlarından şikayətlənən Məmmədova “Getdiyiniz yerləri paylaşın sizi gəlib görək” sözlərinə “Mümkünsüz… Çox vaxt rahatsızlıq gətirdiyinə görə konsertlərdən başqa heç bir gedəcəyim yeri bildirmirəm. Kaş ki, bütün fanatlar adekvat olsa” reaksiyasını verib. (Axşam.az)