|
Avropa prodüseri kimi tanınan Sultan Mustafayev türkiyəli aktrisadan evlilik təklifi alıb.
Bu barədə baku.ws-ə prodüser özü məlumat verib.
Son illər İstanbulda yaşayan və fəaliyyət göstərən Sultan bəy Tuanna Ahmedlə yaxın dost olduqlarını və bir müddət öncə ondan evlilik təklifini aldığını deyir.
"Evlilik təklifi gözlənilməz olduğundan ciddi qəbul etmədim. Əvvəlcə zarafat etdiyini düşündüm, amma sonra fikrinin ciddi olduğunu gördüm. Tuannanı çox sevirəm. Gözəl insandır, lakin məni qane etməyən bir məqam var; evində it saxlayır və onu hər kəsdən çox sevir. Mən isə itlə bir evdə yaşaya bilmərəm. İt olan yerdə yata bilmirəm, yemək yemirəm. Tuannaya ya it, ya mən dedim. İtini "oğlum" deyə əzizləyir, "oğlumu atamam" söylədi.
Buna baxmayaraq, dostluğumuz davam edir. Tuanna məni anladı, mən də onun itə olan sevgisini, bağlılığını anlayıram".