Xalq artisti Tünzalə Ağayeva yeni fotosessiya etdirib.
Çalışqan pop ulduz bu dəfə də fərqlənməyi bacarıb. Xalq artisti “Space 13” adlı tarixi məkanda lentə alınan yeni layihəsinin ilk görüntülərini təqdim edib.
Estrada ulduzu yeni fotosessiyası üçün fotoqraf Azər Cəfərin kamerası önünə keçib. Onun obrazları üzərində tanınmış stilist, geyim və stil üzrə mütəxəssis Elnarə de Birbuet çalışıb. Geyim modelyer-dizayner Zümrüd Mirzəliyevaya məxsusdur.