Blogger Aynişan Quliyeva sosial media hesabında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva İnstaqramda hekayə bölümündə sosial şəbəkə istifadəçisinin "Siz sanki hər şeydən uzaqlaşmısınız" sualına maraqlı cavab verib.
"Elə deyil. Sadəcə zamanımı daha vacib işlərə ayırıram. İstirahətimə, işimə və çox sevdiyim maksimum dörd-beş insanla görüşürəm. Mənim üçün əvvəl vacib olanlar əhəmiyyətini itiriblər", - deyə bildirib.