Qarpızla xiyar turşusu yeyən Selena Qomes fanatlarını qorxutduYaradılıb 21.07.2024 12:26 | Baxış sayı: 245Müğənni Selena Qomes qeyri-adi tərkibli sendviç yediyinə görə fanatlarını qorxudub.Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, ifaçının sevgilisi Benni Blanko ona qarpız, pendir və xiyar turşusu ilə sendviç hazırlayıb.Selenanın qeyri-adi qida zövqü onun pərəstişkarlarını şübhəyə salıb. Onlardan bəziləri Qomesin mümkün hamiləliyini müzakirə etməyə başlayıblar.Qeyd edək ki, dekabr ayında Selena Qomes musiqi prodüseri Benni Blanko ilə görüşdüyünü açıqlayıb. Facebook-da paylaş