“Niyə camaat gedib öz ata-anasının məzarı ilə məşğul olmur, bu, alçaq hərəkətdir”
Əməkdar artist, tanınmış müğənni Şəbnəm Tapdıq valideynlərinin məzarının baxımsız olması ilə bağlı söz-söhbətə son qoyub.

Moderator.az-a açıqlama verən sənətkar bunları bildirib.

“O mənim anamın, atamın məzarıdır. Məzarı həmişə İlyas müəllimin övladları təmizlətdirib. Onların başdaşlarını kim düzətdirib? Mən düzətdirmişəm də. Atamın sağlığında anamın baş daşını düzətdirdim, sonra da atamınkını hazırlatdırdım. Bu fotonu çəkib sosial şəbəkəyə yükləyən insan mənə zəng edib deyə bilmir ki, oranı ot basıb, get təmizlə?! Niyə mənim özümə demir, götürüb paylaşır? Onun etdiyi çox alçaq hərəkətdir. Arzu Qurbanov kimdirsə öz cılız olduğunu sübut etdi. Demək ki, onun məqsədi var imiş də. Belədə ki, otdur da, nə olsun?! Mən aqlay, bisetka, setka aldırıb kənara qoymuşam. Fikrim var idi ki, oranı başqa cür təmir etdirim. 1 həftə bundan əvvəl oranı təmizlətdirmişəm. Niyə camaat gedib öz ata-anasının məzarı ilə məşğul olmur?! Öz gözündə tiri görmür, başqasında çöp axtarır?! Oranı həmişə mən və bacı-qardaşlarım təmizlətdirir də. Bilmirəm ki, oranı təmizlətdirməliyəm?! Həmişə mən təmizlətdirirəm də. 1 ay qaldı, yağışlar yağdı, ot basdı. Ayıb olsun o şəxsə! Bunu yayan insanın özündə də problem var! Siz niyə gedib öz dərdinizi çəkmirsiz?! Ordan bir ədəd gül qabı da oğurlanıb”, - deyə sənətkar bildirib.


Bölmənin digər xəbərləri

28 Sentyabr 2024 Azərbaycanlı məşhur avtobusda GEYİMİNƏ GÖRƏ ona söz atan şəxsi DÖYÜB - VİDEO
27 Sentyabr 2024 Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? + VİDEO
27 Sentyabr 2024 Məşhur müğənninin oğlu toyuna atasını çağırmadı
26 Sentyabr 2024 Mətanətin canlı yayımda ayaqqabısı cırıldı - VİDEO
26 Sentyabr 2024 Tanınmış cütlük boşanır
25 Sentyabr 2024 Qumarda itirdiklərini açıqladı - 10-15 ev...
23 Sentyabr 2024 Şəbnəmdən Vəfanın instagramı ilə bağlı AÇIQLAMA
23 Sentyabr 2024 "Faytonçu" Nazim Paşinyanın sifariş verdiyi mahnı haqqında görün nələr dedi
22 Sentyabr 2024 Həmkarına "od püskürdü": "Sən əlində şərab..." - VİDEO
21 Sentyabr 2024 İlham Mirzəyev: "Reytinqə görə meymunluq edə bilmərik" - "Space"dən getməsinin səbəblərini açıqladı
21 Sentyabr 2024 "Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" - ETİRAZ
21 Sentyabr 2024 Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu
20 Sentyabr 2024 "Anam bu işin peşəkarı və bilicisidir"
20 Sentyabr 2024 Böyük nəslin davamçısı... - Dilarə Kazımova
19 Sentyabr 2024  Elza bu televiziya kanallarını məhkəməyə verdi - "Anar müəllimi narahat ediblər..."
19 Sentyabr 2024 "Sən Səmədin arvadı deyilsən" - Efirdə gərginlik
19 Sentyabr 2024 Hadisənin səhnədə səmimi anları - VİDEO
19 Sentyabr 2024 Xumarın ona yaxınlaşan kişiyə REAKSİYASI - VİDEO
18 Sentyabr 2024  Tanınmış azərbaycanlı bəstəkara pornoqrafiya İTTİHAMI - QALMAQAL
18 Sentyabr 2024 Məşhur müğənninin başı dərddə: Məhkəməlik oldu (VİDEO)

Dünyapress TV

Xəbər lenti