Dünyaca məşhur yutuber Marusya Outdoorsun kanalı xakerlər tərəfindən oğurlanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə rusiyalı yutuber İnstagramda paylaşım edib.
Qeyd edək ki, məşhur rusiyalı yutuberin 10.6 milyon abunəçisi var.
Tribunainfo.az xəbər verir ki, eyni hadisə Azərbaycanda da təkrar olunub. Belə ki, indiyə qədər TV Müsavat-ın, SƏS TV-nin və LAF TV-nin hesabları analoji qaydada xakerlər tərəfindən ələ keçirilib. Güman olunur ki, bunlar eyni kibercinayətkar qrupdur.