İtalyan elektron triosu Meduza, “Qremmi” mükafatına namizəd ABŞ pop-rok qrupu “OneRepublic” və alman müğənni “Leony” AVRO-2024-ün rəsmi mahnısını təqdim ediblər.
Bu barədə UEFA-nın saytında məlumat verilib.
Mahnı “Fire” (alov) adlanır.
Azarkeşlər iyulun 14-də Berlindəki Olimpiya Stadionunda AVRO-2024-ün bağlanış mərasimində, üç sənətçinin ifa etdiyi mahnını canlı dinləmək imkanı əldə edəcəklər. Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Berlin, Köln, Frankfurt-Mayn, Gelzenkirxen, Hamburq, Leypsiq, Münhen, Ştutqart və Dortmundda keçiriləcək. Mənbə: rbc.ru