b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_a62214535a5b80b6c14c99551032298b.jpg
 

"Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları aparıcılar efirlərə gətirib-çıxarıb, sonra da qoyublar dağ başına. Gəlirəm onların olduğu verilişə, aparıcı başlayır onlardan mənə sual verməyə. Sənin nə ixtiyarın var onlardan mənə sual verirsən? Kimsən axı sən? Mən onunla eyni dərəcədəyəm ki, onunla bağlı mənə sual verirsən?" 

Bu sözləri müğənni Mətanət Əsədova "Mirinin dibçəyi" layihəsində deyib. İfaçı aparıcıların ona ünvanlandığı bəzi suallara əsəbiləşdiyini bildirib:

"Aparıcılar, dünən küçədən keçən bir oxuyan haqqında mənə sual verirsiniz. O sənin günahındır ki, sosial şəbəkələrdə məşhurlaşan müğənniləri efirə çıxardıb onları işıqlandırırsan. Bu mənim yox, sənin kanalının rəhbərinin günahıdır. Şəxsən mən o aparıcılara bu icazə və ixtiyarı verməmişəm ki, hər yoldan keçən barəsində sual versinlər. Buradan da deyirəm ki, həmin aparıcılar mənə həmin müğənnilərdən sual versələr, ağzıma gələni onlara deyəcəyəm. Verməyin! 

Mən bu kimi şeylərdən qıcıqlanan insan deyiləm. Axı niyə gül kimi vaxtımı onlara sərf etməliyəm? Kimdirlər onlar? O aparıcılar belə suallar verirlər ki, verilişləri reytinqli olsun. Sual verəcəklər, paylarını da alacaqlar. Bunu mənə etmək olmaz. O aparıcılara da əvvəlcədən xəbərdarlıq etmişəm ki, mənim səbr kəsamı daşırmayın". 

M.Əsədova aparıcıların həmin müğənniləri pul müqabilində efirə çıxardıqlarını əlavə edib:

"Efirlərdən qətiyyən razı deyiləm. Televiziyalarda belə bir qayda çıxıb “paketlə müğənni”. Paketlə nə zamandan müğənni olublar? Paketlə pul ödəyirlər, efirlərə çıxırlar. Aparıcını rəhbərlər "paket"lə qoyublar işə? Rəhbər sənə maaş verir. Aparıcı "paket" qoyub, yoldan keçəni efirə qonaq çağırır. Yığışdırın bunları. Ödənişlə efirə çıxan müğənniləri qəti şəkildə qəbul etmirəm"/Axşam.az

Bölmənin digər xəbərləri

13 May 2024 Norveçin “Eurovision 2023” təmsilçisi finalda ölkəsinin səslərini təqdim etməkdən imtina edib
13 May 2024 İrina Şeyk anası ilə uşaqlıq fotosunu paylaşıb
12 May 2024 "Mağazada olan qidaları yemirəm"
12 May 2024 Reper Nəvai axtarışa verildi
12 May 2024 İsveçrə “Avroviziya-2024”ün qalibi olub - YENİLƏNİB + VİDEO
11 May 2024 Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi - FOTO
10 May 2024 “Eurovision”da çıxış edən israilli iştirakçı belə fitə basıldı
09 May 2024 “Sənin mənim əxlaqıma şübhən var, pozğun? “ - Zarinadan SƏRT AÇIQLAMA - VİDEO
08 May 2024 “Ləmanın üzr videosunu mənə göndərdilər” – Aygün Bəylərin bacısından tiktokerə SƏRT CAVAB
08 May 2024 Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi
07 May 2024 “Alt paltarsız səhər verilişlərinə çıxırlar” - Əməkdar artistdən ETİRAZ
06 May 2024 Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər
06 May 2024  "Söz verirəm, bir dənə "Geländewagen" alım, mən də kəmər taxacağam"
06 May 2024 “Avroviziya” təmsilçilərimizin açılış mərasimindən sonra ilk təəssüratları - VİDEO
05 May 2024 Elçinlə Aydan barışıb? - FOTO
04 May 2024 Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
03 May 2024 Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO
03 May 2024 Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO
02 May 2024 Məşhur müğənnini oğlunun dayəsi aldatdı - Həftədə 40 min

Dünyapress TV

Xəbər lenti