Efirdə qalmaqal: Flora Kərimova ilə Elza Seyidcahan barışdı? - YENİLƏNİB + VİDEO
Efirdə qalmaqal: Flora Kərimova ilə Elza Seyidcahan barışdı? - YENİLƏNİB + VİDEO

10 Yan, 2024
00:38
6011
29180
“Elgizlə izlə” proqramında Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb.

Proqram zamanı mübahisə edən sənətçilərin davası Seyidcahanın mikrofonu söndürüldükdən sonra da davam edib. Sonda Seyidcahan mikrofonu yerə çırparaq efiri tərk edib.

Proqramın üçüncü hissəsindən sonra reklam fasiləsi zamanı isə müğənnilər barışıb.

Həmin görüntüləri aparıcı Elgiz Əkbər sosial şəbəkədə paylaşıb.

Flora Kərimova videoda Elza Seyidcahana “Allaha and içirəm, sizi çox istəyirəm. Fəlsəfənizi də başa düşürəm. Bir sualım var, bədəninizin rahatlığı üçün, yoxsa düşüncənizin rahatlığı üçün belə geyinirsiniz” sualını ünvanlayıb.

Elza Seyidcahan isə cavab olaraq “Sizin qarşınızda baş əyirəm, amma düzgün cavab verəcəyəm. Məndən inciməyəcəksiniz? Əllərinizdən, ayaqlarınızdan öpürəm. Siz o vaxt Cavan Zeynallı ilə duet oxuyarkən paltarınızın bel hissəsi açıq idi, açıq-saçıq geyinmişdiniz. Sizin bədəninizin rahatlığı, yoxsa səhnə məcbur etmişdi? O zaman heç kim açıq geyinməmişdi. Siz də sənətdə böyük yeniliklər etmisiniz, çiyini, beli, sinəni açmısınız” sözlərini deyib.

Qeyd edək ki, mübahisəyə səbəb F.Kərimovanın E.Seyidcahanın geyimlərinə irad bildirməsi ilə başlayıb. O, Elzanın Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə tacda qatılmasını tənqid edib.

Həmin görüntüləri təqdim edirik:

 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Həmin toyda müğənni də zəhərlənibmiş: “Ölümdən qayıtdım” - FOTO
19 Aprel 2025 Türk müğənnisi bilirik, əslində ermənidirlər — VİDEO
19 Aprel 2025  "Toyda iki mahnı oxudu, 10 min dollar verdilər"
18 Aprel 2025 "Həkimim dedi ki, yaşamaq istəyirsənsə…" - Əməkdar artist
18 Aprel 2025 “Özümü təhqir olunmuş kimi hiss edirəm”
18 Aprel 2025 Nəfəs kirayədə qalırmış - VİDEO
18 Aprel 2025 Sevgilisindən ayrılan kimi tətilə çıxdı - FOTO
18 Aprel 2025  "Meyxanaçılar və aşıqlar çərçivədən çıxıblar" - ETİRAZ
18 Aprel 2025 Nura Suri-dən tərs "şapalaq": "Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir? "
17 Aprel 2025 “Elə bilirlər, Azərbaycanda pulu küçəyə səpiblər” – VİDEO
16 Aprel 2025 Xuraman içki məclislərinə getdiyini açıqladı
16 Aprel 2025 Nanənin verilişdəki hərəkəti olay oldu: Biədəb yeri göründü - Foto/VİDEO
16 Aprel 2025 Ülviyyədən ŞOK ETİRAF: “Övladımın atası ailəlidir, hamiləlik dövründə...” - VİDEO
16 Aprel 2025 "Siz adama pulsuz heç nə verməzsiniz" - Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ
16 Aprel 2025  “ Həmin o Əlisən ki, mən oxuyanda sən...” - Əməkdar artist GİLEYLƏNDİ
16 Aprel 2025 Əməkdar artist efirdə ÖZÜNDƏN ÇIXDI: - "2 qızını biabır etməyə gəlmisən?"
15 Aprel 2025 “Əlikram mənə 100 min ziyan vurub, halallıq vermirəm!” - VİDEO
14 Aprel 2025 Efir necə ucuz yerə gəlib ki, indi gör, onu kimlər idarə edir, nələr edirlər.
13 Aprel 2025 Məşhur reper Kanye Uest mumiyalanacaq?
13 Aprel 2025 "Allah şahiddir ki, ona demişdim, get, həyatını qur"

Dünyapress TV

Xəbər lenti