Müğənni Rüfət Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olun duracağa yerləşdirilib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.
Qeyd edək ki, Rüfət Axundov yol-hərəkət qaydalarına əməl etməyib. Müğənni Bakıda aeroport yolunda sürət həddini aşıb. Mərdəkan istiqamətində hərəkətdə olan R.Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb. Bundan başqa o, yağışlı havada "sürüşkən yol" xəbərdarlığına da məhəl qoymayıb. Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.