Türkiyədə 2023-cü ilin ən çox dinlənilən mahnı və müğənnilərin siyahısı açıqlanıb.
Türkiyə KİV xəbər verir ki,  "Spotify" musiqi platformasının araşdırmasına görə siyahıda ilk yerdə ən çox dinlənilən mahnı Simgenin "Aşkın Olayım", ən çox dinlənilən müğənni isə həmkarı Semicenk olub.
Məşhur futbolçu Mauro İkardinin də oxumağı ilə daha çox sevilən "Aşkın olayım" 2023-cü ilin səs-küy yaradan ifası olub.
b_400_300_16777215_00_https___baku.ws_uploads_posts_2023-11_1701321772_2023-un-cok-dinlenen-sanatcisi-belli-oldu-16579404_5289_m.jpg
Müğənnilər Reynmen və Semicenkin dueti "Yana Yana" ikinci yerdə, Semicenk və Doğu Swagın "Pişman Değilim"i isə beşinci yerdə qərarlaşıb.
b_400_300_16777215_00_https___baku.ws_uploads_posts_2023-11_1701321705_2023-un-cok-dinlenen-sanatcisi-belli-oldu-16579404_5736_m.jpg
Siyahıda UZI, Sezen Aksu, Motive, Lvbel C5, BLOK 3, Çakal, Mabel Matiz, Emir Can İğrek və Ezhel kimi müğənnilər də var.