Dünyada ərzaq ucuzlaşır: Azərbaycanda niyə bahalıqdır?
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb ki, qlobal ərzaq qiymətləri yanvar ayında bitki yağı və şəkər qiymətlərindəki geriləmə səbəbindən ardıcıl 10-cu aydır enişini davam etdirir.

Ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi yanvar ayında əvvəlki ayla müqayisədə 0,8 faiz azalaraq 131,2 bənd olub.

Beləliklə, indeks ardıcıl 10-cu ayda da enişini davam etdirib. FAO-nun bəyanatında qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra indeks keçən ilin mart ayında qeydə alınan rekord səviyyədən təxminən 18 faiz (28,5 bənd) aşağı düşüb.

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ilin martında indeks 159,7 bəndə çataraq rekord qırmışdı. Yanvar ayında qlobal ərzaq qiymətləri bitki yağları, süd məhsulları və şəkər hesabına ucuzlaşıb. Bitki yağı qiymətləri indeksi əsasən günəbaxan yağının ucuzlaşması səbəbindən aylıq 2,9 faiz azalıb. İndeks 140,4 bənd təşkil edib ki, bu da bir il əvvəlki səviyyəsindən təxminən 25 faiz aşağıdır. Taxıl Qiyməti İndeksi aylıq 0,1 faiz, illik müqayisədə isə 4,8 faiz artıb. Beynəlxalq buğda qiymətləri Avstraliya və Rusiyada istehsal gözləntilərinin aşılması səbəbindən yanvar ayında 2,5 faiz düşüb.

Digər tərəfdən, məhdud təklif Asiyada güclü daxili tələb və məzənnə dəyişikliyi səbəbilə düyü qiymətləri aylıq 6,2 faiz artıb.

Dünyanın ən böyük şəkər ixracatçısı olan Braziliyada əlverişli hava şəraiti ilə əlaqədar olaraq Şəkər Qiyməti İndeksi aylıq müqayisədə 1,1% azalıb. Eyni dövrdə FAO Süd Qiyməti İndeksi 1,4%, Ət Qiyməti İndeksi isə 0,1 faiz azalıb. Qeyd edək ki, artıq bir neçə aydır dünya ərzaq qiymətlərində ucuzlaşma davam etsə də Azərbaycanda nəinki azalma, əksinə, qiymətlər artmaqda davam edir.

Adətən ölkəmizdəki bahalaşmanı xarici bazarlara uyğunluqla əlaqələndirirlər.

Bəs niyə dünya bazar qiymətlərindəki azalma ölkəmizdəki qiymətlərə təsir etmir?

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, dünya bazar qiymətlərinin aşağı düşməsi müşahidə edilir və FAO sentyabr ayından başlayaraq bunu qeyd edir:

“Ancaq ucuzlaşma gözlənilən yüksək templərdə deyil. Yəni hələ də qiymətlərin kifayət qədər yüksək olmasından əziyyət çəkən sahələr də var. Azərbaycana gəldikdə isə idxaldan nə qədər asılı ölkə olduğunu nəzərə alsaq, heç olmasa hansı sahələrdə qiymət azalması müşahidə olunursa, ona uyğun olaraq ölkəmizdə eyni məhsulların qiymətində dəyişiklik olmalı idi. Azərbaycanın rəsmi nümayəndələri də dəfələrlə bununla bağlı çıxış edərkən bizdə idxal inflyasiyasının olduğunu vurğulayırdılar. Qeyd edirdilər ki, idxaldan asılı olduğumuz üçün inflyasiyanın sürətinin artma səbəbi xaricdəki qiymət artımıdır. Bu, əks-effekt də verməlidir. Yəni xaricdəki qiymət azalması zəif də olsa davam edir. Artıq 5-6 aydır ki, biz bu tendensiyanı müşahidə edirik. Onun Azərbaycanda müşahidə edilməməsinin səbəbi isə daxili səbəblərlə bağlıdır. Daxildəki bazarın qapalı olması, xarici şirkətlərin və yaxud da yerli iş adamlarının bazara rahat çıxış imkanlarının məhdud olması, müəyyən ihisarçılıq meyillərinin olması, ölkəyə mal gətirən şirkətlərin sayının azlığı, topdansatış ticarətlə bağlı ciddi problemlər hələ də qalır. Bunun da nəticəsində Azərbaycanda qiymətlərin ucuzlaşmadığının şahidi oluruq”.
0
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti