BÖYÜK ƏFV GƏLİR –
Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, artıq Əfv Komissiyasının üç iclası keçirilib: “360-dan çox sənədə baxılıb. Düşünürəm ki, iclaslar may ayına kimi davam edəcək”.

Hər il olduğu kimi imzalanacaq əfv sərəncamının bu il daha çox insana şamil ediləcəyi bildirilir. Bəs onlar arasında hazırda həbsdə olan məşhurlardan kimlərsə ola bilərmi?
Əfv sərəncamının detalları ilə bağlı hazırda heç bir rəsmi məlumat olmasa da, bu siyahıda məşhur şəxslərdən kimlərinsə olacağı istisna edilmir.

hazırda həbsdə olan məşhurlar, icra başçılarını bir araya toplayaraq, onlar haqqında yenidən ictimaiyyətə xatırlatma edir:

Alimpaşa Məmmədov

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Vilyam Hacıyev

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev də Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunanlar arasındadır. Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Namiq Zeynalov

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Mahir Quliyev

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev də Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılanlar arasındadır. Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilib.

Qoca Səmədov

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov dasəlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb. Onun da bir neçə ildir ki, həbsdə olduğu bilinir.

Eldar Həsənov

Həbsdə olan qalmaqallı şəxslərdən biri də Eldar Həsənovdur. Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə həbs olunub. Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Rəşad Dağlı

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Onun bu siyahıda olması yeni həbs olunduğu üçün real olmasa da, cəmiyyətdə R.Dağlının azad olunması ilə bağlı böyük bir çağırış var.

Ceyhun Cəfərov

Artıq illərdir ki, həbsdə olan şəxslərdən biri də Kürdəmir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərovdur. Kürdəmirin sabiq icra başçısı 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Səlim Müslümov

Azərbaycanın sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da illərdir həbsdə olanlar arasındadır. Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.

Eldəniz Səlimov

Cinayət məsuliyyətinə cəlb olunanlar arasında Milli Məclisin Xaçmaz rayonundan olan millət vəkili Eldəniz Səlimovdur. Deputat Eldəniz Səlimov Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanımışdı. O, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşını döyməkdə təqsirli bilinib. E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilib.

İsmayıl Vəliyev

Neftçala İcra Hakimiyyətinin keçmiş başçısı İsmayıl Vəliyev də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılar arasında olub. Onun mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. Neftçala rayon İcra Hakimiyyətinin keçmiş başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti