İtirilən uşaqlıq: onları qoruya bilmirik
Azərbaycanda 10 ayda 81 uşaq zorakılığa məruz qalıb

Uşaqlar böyüklərdən asılı olduqlarından və özlərini qoruya bilmədiklərindən məişət tiranlarının və təcavüzkarların asan qurbanı olurlar. Küçədə, məktəbdə və hətta ailə daxilində zorakılıqla üzləşə bilərlər. Valideynlərin uşaqlarına qarşı zorakılıq halları, təəssüf ki, qeyri-adi deyil.

Bu günlərdə hamilə qadının yeddi yaşlı qızını döyülməkdən qorumağa çalışarkən, əri tərəfindən öldürülməsi Azərbaycan cəmiyyətini şoka salıb. Dəmir boru ilə döyülməsi nəticəsində qadın aldığı xəsarətdən yerindəcə keçinib, qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qətli törədən şəxs saxlanılıb və ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.8-ci (hamilə olduğu məlum olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

“Etibarlı Gələcək” İctimai Birliyinin sədri Kəmalə Haşımova AYNA-ya deyib ki, uşaq reanimasiyadan palataya köçürülüb, müalicəsi davam edir. İş müvafiq dövlət orqanlarının nəzarətindədir.

Bir qayda olaraq, məişət zorakılığı kiçik münaqişələrdən, güc tətbiq etmək cəhdlərindən başlayır və sonra heç bir şey edilmədikdə hər şey çox uzağa gedib, faciə ilə bitə bilər. Ona görə də uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün vaxtında görülən iş çox vacibdir.

UNICEF-UNESCO-WHO-nun 2020-ci il üzrə birgə hesabatına əsasən, hər il 2-17 yaş arası hər ikinci uşaq hansısa formada zorakılığa məruz qalır.

Bu ilin on ayı ərzində Azərbaycanda 81 uşaq zorakılığa məruz qalıb. Eyni zamanda, 15 hadisə cinsi zorakılıqla bağlıdır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncədə keçirilən "Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və yerli mexanizmlərin təkmilləşdirilməsi" adlı regional konfransda açıqlama verib.

Təbii ki, bir çox zorakılıq halları naməlum olaraq qalır, zərərçəkənlər əziyyət çəkməkdə davam edir və cinayətkarlar törətdikləri əməllərə görə heç bir məsuliyyət daşımırlar.

Haşımova xatırladıb ki, oktyabrın 20-dən noyabrın 20-dək Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının qəbul edildiyi gün (20 noyabr) ilə əlaqədar Uşaq Hüquqları Aylığı qeyd olunur. Bu gün çərçivəsində respublika üzrə həm dövlət qurumlarında, həm də qeyri-hökumət təşkilatlarında müxtəlif tədbirlər keçirilir. Uşaqlara təhlükəsiz həyat və hərtərəfli inkişaf üçün şərait təmin etmək barədə daha ciddi düşünmək vacibdir.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-11_2.jpg
“Uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün həm paytaxtda, həm də regionlarda sosial xidmətlərin işini gücləndirmək lazımdır. Amma təbii ki, məktəblərdə uşaqlarla, icmalarda, kəndlərdə əhali ilə maarifləndirici iş lazımdır. Hələlik əhalinin məlumatlılıq səviyyəsi aşağıdır. Bununla bağlı zərərçəkənlər heç yerə getmədiyindən belə halların çoxu aşkarlanmır. Kimsə sadəcə hara müraciət edəcəyini bilmir, kimsə ona kömək olunmayacağından, günahkar cəzalandırılmayacağından qorxur. Amma son illər ölkədə qadın və uşaqların hüquqlarının müdafiəsi, uşaq və qadın “qaynar xətti” ilə bağlı maarifləndirmə işlərinin aparılması üçün çoxlu işlər görüldüyü üçün müraciət edənlərin sayı artır”, - deyə həmsöhbətimiz bildirib.

O vurğulayıb ki, əgər uşağın köməyə ehtiyacı varsa, bilməlidir ki, onu mütləq alacaq: “Biz müxtəlif dövlət qurumları - Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, hüquq-mühafizə orqanları, icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların İşləri üzrə Komissiya ilə işi gücləndiririk. Bu, qurbanlara və zorakılığın qurbanı ola biləcəklərə tez reaksiya verməyə və kömək göstərməyə imkan verir. Bütün dünyada uşaq zorakılığı problemi var və bu kimi faktlar koronavirus pandemiyasından sonra artıb. Məcburi təcrid ailələrdə mövcud olan çətinlikləri daha da artırdı, lakin qurbanlar artıq belə vəziyyətlərə dözmürlər. Pandemiyadan sonrakı dövrdə uşaq “qaynar xətt”inin işi göstərdi ki, zərərçəkənlər daha tez-tez kömək istəməyə başlayıblar. Yanvar-sentyabr aylarında bu xidmətə 424 uşaq zorakılıqla bağlı müraciət edib”.

Haşımovanın sözlərinə görə, uşaqlara qarşı zorakılıq probleminin həlli üçün kompleks yanaşma lazımdır: “Onların məruz qaldıqları zorakılıq fiziki və ruhi sağlamlıqlarına mənfi təsir göstərir. Reabilitasiya və reinteqrasiya vacibdir, bunun sayəsində qurban həyatının kədərli səhifəsini çevirə və davam edə bilər”.

Müəllif: Elya Belskaya
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti