Espert hər ailəyə 200 dollar verməyi təklif edən deputatı tənqid etdi:
“Hamıya pul paylamaq o qədər də uğurlu təklif deyil. Çünki əlavə pul kütləsi onsuz da yüksək olan inflyasiyanı daha da artıracaq. Əgər təklif yerinə yetirilərsə, yüz manatın dəyəri daha da aşağı düşəcək. Bu insanlara qiymət artımı ilə geri dönəcək. Hamıya pul verməkdənsə, vergi və gömrük rüsumunu aşağı salmaq lazımdır. Bu, hamı üçün qazanc deməkdir. Çünki qiymətlər və inflyasiya aşağı salınmadıqca nə sosial yardımların verilməsi, nə də maaş və pensiyaların artırılması fayda verə bilər. Əksinə, bu, indiki iqtisadi modeldə əks effekt doğuracaq”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deputat Tahir Kərimlinin hər ailəyə 200 dollar verilməsi barədəki təklifi şərh edərkən deyib.

“Tahir Kərimli iki gündür Milli Məclisdə “əjdaha” kimi təkliflər verir, populizmin son mərhələsini yaşayır, Müstəqillik günü münasibəti ilə hər vətəndaşa 100 manat, hər döğulan uşağa 2000 dollar, hər ailəyə ayrıca 200 dollar – yəni, adam bildiyiniz populizmlə məşğuldur. İstənilən təklifin mütləq iqtisadi “pasportu”, əsaslandırması olmalıdır, bu məsələ ilə bağlı bir neçə media qurumuna açıqlama vermişəm, burada da yayım, siz də tanış olun:
“Hamıya pul paylamaq o qədər də uğurlu təklif deyil. Çünki əlavə pul kütləsi onsuz da yüksək olan inflyasiyanı daha da artıracaq. Əgər təklif yerinə yetirilərsə, yüz manatın dəyəri daha da aşağı düşəcək. Bu insanlara qiymət artımı ilə geri dönəcək. Hamıya pul verməkdənsə, vergi və gömrük rüsumunu aşağı salmaq lazımdır. Bu, hamı üçün qazanc deməkdir. Çünki qiymətlər və inflyasiya aşağı salınmadıqca nə sosial yardımların verilməsi, nə də maaş və pensiyaların artırılması fayda verə bilər. Əksinə, bu, indiki iqtisadi modeldə əks effekt doğuracaq. Ona görə də, biz ərzaq məhsullarının əlavə dəyər vergisinin 18 faizdən 2 faizə endirilməsini təklif edirik. Dərman vasitələri ilə bağlı gömrük rüsumlarının isə sıfırlanmasının tərəfdarıyıq. Bax, bu addımlar inflyasiyanın qarşısını alacaq və qiymətlərin aşağı enməsinə səbəb olacaq. Bu, həm də insanların gözləntilərinə daha uyğundur. Biri var, dövlətin vəsaitini xərcləyərkən daha çox qiymət artımı ilə qarşılaşasan, biri də var ki, bugünkü qazancınla daha çox mal və ərzaq almağa imkanın olsun. Mənim fikrimcə, ikinci versiya daha məntiqlidir. Bir sözlə, qiymətlərin aşağı salınması, inflyasiyanın qarşısının alınması üçün təcili olaraq vergi və gömrük rüsumlarında islahata ehtiyac var.
Konkret olaraq Müstəqillik Günü, yaxud hansısa bayramla bağlı belə presedentin (pul paylamaq) olduğunu bilmirəm, amma Monarxiya ilə idarə edilən ölkələrdə monarxın göstərişi ilə belə yardım paketləri ayrılır. Bizdə hamıya 100 manat verməkdənsə, sosial yardıma ehtiyacı olanlara bunu şamil etmək doğrudur. Elə insan var ki, onun 100 manata ehtiyacı yoxdur. Elə ailələr isə var ki, onların 10 manata da ehtiyacı var – yəni yardımı bərabərlik prinsipi ilə deyil, ədalət prinsipi ilə bölüşdürmək lazımdır.

Həqiqətən də, doğuşun stimullaşdırılması, ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün uşaqlara yardım proqramına ehtiyac var. Azərbaycanda son illər doğuş sayı kifayət qədər sürətlə azalır. Bu da demoqrafik problemə səbəb ola bilər. Hətta Dünya Bankının iki gün öncə yaydığı hesabatda bu məsələyə diqqət çəkilib. Azərbaycan hökumətinə bununla bağlı xəbərdarlıq edilib.

Bu gün ailələr birinci uşağı özləri planlaşdırır, buna maddi olaraq da hazırlaşırlar. Ancaq növbəti uşaqlar maddi dəstək olmadığı təqdirdə ailənin büdcəsinə yük yaradır, bir çox ailələr sosial problemlər səbəbindən ikinci, üçüncü uşaqları dünyaya gətirməyə çəkinirlər. Məhz həmin kateqoriyalara aid uşaqlara, yəni birinci uşaqdan sonra dünyaya gələn uşaqlara əlavə hər ay yüz manat verilməsi mümkündür – Azərbaycan iqtisadiyyatının buna kifayət qədər imkanı var”.

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər
12 Noyabr 2024 DÜNYANIN NÜFUSU 8.04 MİLYARA ULAŞTI. DÜNYANIN BÜYÜK FOTOĞRAFINDA EPEY DEĞİŞİKLİK VAR…
11 Noyabr 2024 Azərbaycanda bu şəxslərə güzəştlə torpaqlar veriləcək – Yeni qanun qəbul edildi
10 Noyabr 2024 Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? - Deputat

Dünyapress TV

Xəbər lenti