Azərbaycanda nikaha daxil olma yaşı kişilərdə 31, qadınlarda 26 yaşa qalxıb. Bu 30 ilin ən yüksək rekordudur, 2019-cu il ilə müqayisədə evlilik yaşı daha 3 il qocalıb. Bu statistikaya görə ortalama rəqəmlərdir, 40+ yaşı keçib də ailə həyatı qurmayan yetəricə tanıdığım var. Bu kasıbçılıqdan əvvəl gənclərin evsizlik problemi ilə bağlıdır. MİDA-nın 442 mənzil üzrə keçirdiyi güzəştli mənzil satışına 25 min ailənin müraciəti ölkədə evsizlik sayının nə qədər yüksək olduğunu göstərir. Bütün bunlar əsasən kişilər arasında pozğunçuluğun, sapıqlığın, intiharların artımına gətirir çıxardır. Elə də qızların nikah yaşına qədər bədənlərini ər üçün qorumaları keçmişdə qalıb. Artıq ölkəmizdə də dəbə minib, cütlüklər rəsmi evlilik deyil, öz aralarında anlaşaraq, tələbatlarını ödəmək üçün vətəndaş nikahı yaşayırlar.