Yüksək bal müəmması: -
Dövlət İmtahan Mərkəzi martın 3-ü və 10-da keçirilən buraxılış imtahanlarının nəticələrinə dair bəzi statistik məlumatları açıqlayıb.

İmtahanlarda 100 249 şagird (peşə məktəbləri və hərbi liseylər istisna olmaqla) iştirak edib. Qeyd olunub ki, buraxılış imtahanında iştirak edən ortastatistik şagird tədris dili fənni üzrə 55.53, riyaziyyat fənni üzrə 34.11, xarici dil fənni üzrə 42.72 bal toplayıb və ümumi balı 132.10-a bərabər olub.

Əvvəlki illərlə müqayisədə hər üç fənn, xüsusilə tədris dilli fənni üzrə nəticələrin daha da yaxşılaşdığını müşahidə etmək olar.

Bildirilib ki, imtahanda ən yüksək nəticəni Elm və Təhsil Nazirliyi tabeli liseylərin və özəl liseylərin şagirdləri (orta bal 205.96) əldə ediblər.

Bölgələr arasında ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayonunun məktəblərinin şagirdləri qazanıblar (müvafiq olaraq 163.22, 157.52, 157.25 bal).

Məlumata görə, martın 3-də keçirilən imtahanda 14, martın 10-da keçirilən imtahanda isə 39 nəfər maksimal olan 300 bal toplayıb. Ancaq hər iki imtahanın məzmununu müqayisə etdikdə mürəkkəblik səviyyəsinin oxşar olduğu müşahidə olunur.

Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda istifadə olunan bütün test tapşırıqları imtahanın mahiyyətinə uyğun olaraq standart alqoritm vasitəsilə eyni prinsip əsasında formalaşdırılır. Uzun illərin elmi-statistik təhlilləri göstərir ki, müxtəlif zonalar üzrə keçirilən imtahanların çətinlik dərəcəsi arasında fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır.

Müşahidələrə əsasən, təəssüf ki, cəmiyyətdə tez-tez imtahan səviyyəsini maksimal bal toplayanların sayına görə müəyyən etmək meyili var və bu hər hansı bir imtahan nəticəsi açıqlananda müəyyən müzakirələrə səbəb olur.

Göstərilir ki, imtahanlarda yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək fikri də doğru deyil. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinlik səviyyəsinin eyni olduğunu müşahidə etmək olar.

Builki nəticələrin artmasına təsir göstərən amillərdən biri pandemiyanın tədris prosesinə təsirinin azalması ilə bağlıdır. Ötən il imtahan verən abituriyentlər pandemiyadan ən çox zərərçəkən nəslin nümayəndələri idi. Çünki 2020-ci ildə pandemiya yeni başlayanda onlar 9-cu sinifdə təhsil alırdılar. Faktiki olaraq 10-11-ci sinifdə pandemiya onlara daha çox təsir göstərmişdi. Növbəti nəslə isə pandemiya bir il daha az təsir göstərib.

Qeyd edək ki, builki buraxılış imtahanlarında 50-dən artıq məzununun yüksək nəticə göstərməsi aktual olan mövzulardandır. Bunu məktəbin deyil, repetitorun uğuru hesab edən insanlar da var. Bununla yanaşı bir sıra ekspertlər bu uğuru hazırkı buraxılış imtahanlarında sualların asan olması ilə əlaqələndirirlər.Ancaq DİM isə sualların sadə olması fikri ilə razılaşmır.

Bəs məzunların builki uğurlarını əsasən hansı amillərlə əlaqələndirmək olar?

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirdi ki, 2024-cü ilin buraxılış imtahanlarının I mərhələsində 53 nəfərin ən yüksək bal toplaması əlavə suallar yaradır:

“Əslində bu, yaxşı haldır. Biz də illərdir təklif edirik ki, Dövlət İmtahan Mərkəzi məzunların real bilik və bacarıqlarına uyğun olaraq suallar tərtib etsin. Bundan əvvəlki illəri nəzərə alsaq, xüsusi inqilabi bir dəyişiklik olduğunu görmürük. Sual yaranır ki, niyə əvvəlki illərdə nəticələr bu qədər yüksək deyildi, ancaq 2024-cü ildə yüksək oldu?

Əgər DİM bunu pandemiya ilə əlaqələndirirsə, pandemiyanın nəticələri 2022-ci ilin buraxılışlarında bitdi. Bu il 11-ci sinifi bitirənlər tam orta təhsil səviyyəsinə 2022-2023-cü il tədris ilində qəbul olunublar. Biz sualların niyə asanlaşdırıldığını demirik. Sual veririk ki, növbəti ildə də bu nəticə təkrarlanacaq?

DİM əvvəlki illərlə indiki nəticələri müqayisə edəndə təhsil sistemində nə böyük inqilabi dəyişiklik baş verdi ki, bu gün nəticələr sıçrayışla yuxarı qalxdı? Biz düşünmürük ki, DİM sualları asanlaşdırıb. DİM ilk dəfə imtahana məzunların real bilik və bacarıqlarına uyğun suallar salmağa başladı. Ona görə də nəticələr yüksəkdir.

DİM bu buraxılış imtahanının nəticələri ilə uzun illərdir ki, təhsil sisiteminin və ümumtəhsil məktəblərinin üzərində bir basqı qurur. Nəticələr aşağı olan kimi cəmiyyətdə belə bir fikir yaranır ki, “təhsl dağıldı”. Nəticə bir qədər qalxdıqdan sonra isə “Təhsildə hər şey yaxıdır” fikri formalaşır.

İstəyirik ki, DİM dövlət məktəblərinə olan inamı, etibarı cəmiyyətdə sarsıtmasın. Məzunların real bilik və bacarıqlarına uyğun olaraq suallar salınsın. Əgər real bilik və bacarıqlara uyğun suallar salınsaydı, hələ dövlət məktəblərində məzunların nəticələri bundan daha yaxşı ola bilərdi. Arzu edirik ki, növbəti illərdə də DİM-in bu il başladığı müsbət tendensiya davam etsin, suallar məktəb proqramlarına uyğun olaraq tərtib olunsun, nəticədə məzunlar öz bilik və bacarıqlarını düzgün nümayiş etdirə bilsinlər”.

Ekspertin sözlərinə görə, ümumilikdə isə problemin həlli nəticənin aşağı-yuxarı olması deyil:

“Problemin həlli yolu DİM-dən test hazırlamaq səlahiyyətinin alınmasıdır. DİM texniki quruma çevrilməsi prosesinə başlanılmalıdır. Qarşıdan qəbul imtahanları gəlir və qrup imtahanları ixtisas imtahanları ilə əvəz olunmalıdır.

Yəni məzunun əvəzinə ali məktəbi seçməli deyil. Abituriyent bir ixtisas üzrə imtahanda iştirak edə bilsin. Abituriyent müxtəlif ixtisaslar üzrə eyni imtahanda iştirak etməsi doğru seçim deyil. Dünyanın heç bir ölkəsində belə praktika yoxdur”.

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər
12 Noyabr 2024 DÜNYANIN NÜFUSU 8.04 MİLYARA ULAŞTI. DÜNYANIN BÜYÜK FOTOĞRAFINDA EPEY DEĞİŞİKLİK VAR…
11 Noyabr 2024 Azərbaycanda bu şəxslərə güzəştlə torpaqlar veriləcək – Yeni qanun qəbul edildi
10 Noyabr 2024 Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? - Deputat

Dünyapress TV

Xəbər lenti