Azərbaycan Respublikası Əmək Məcəlləsinin daha bir maddəsində uyğunsuzluq var, əgər müvafiq düzəliş və ya əlavələr edilməzsə, bu normanın da praktikada tədbiqi ilə əlaqədar əmək mübahisəsi yaranacaq və ya yaranır: 1.AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, işçilər başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 2. Əmək Məcəlləsində olan bu norma qəbul olunanda əmək müqavilələrinin elektron qaydada qeydiyyata alınması barədə norma yox idi. 3 . Hal hazırda Əmək Məcəlləsinin 49.1-ci maddəsinə edilın dəyişikliyə əsasən: Əmək müqaviləsinin bağlanılması, bu müqavilənin- elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 4.Yeni qəbul olunmuş normaya uyğun olaraq yeni işəgötürən də təbii olaraq işçi ilə yeni əmək müqaviləsi bağlamayacaq, bağlasa da, başqa işəgötürənlə əmək müqaviləsi olduğu üçün hüquqi qüvvəyə minməyəcək.Nəticədə isə Əmək Məcəlləsinin 69.3-cü maddəsinin tədbiqində problemlər, işçi ilə işəgötürən arasında isə əmək mübahisəsi yaranacaq. 5. AR Əmək Məcəlləsinin 49.1-ci maddəsinə edilən dəyişiklikləri əsas tutaraq hesab edirəm ki, AR-sı Əmək Məcəlləsinin 69.3-cü maddəsinin bu hissəsində də müvafiq dəyişiklik və ya əlavələr edilməli, bu halda bu hakın tədbiq edilməsi barədə konkret qayda müəyyən edilməlidir. Azer Quliyev TEREF