Taksi bazarı: Rahatlıq olacaq, yoxsa işsizlik və bahalaşma?
Bu günlərdə Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

Burada bir sıra tələblər öz əksini tapıb və onlardan biri də odur ki, “taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır”. Yaxud, “Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişindaşımalarında istifadə oluna bilməz”.

Bundan başqa “Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır”. Eləcə də “Taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır”.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, Bakıda 60 min taksi var, çoxdur, 20 min bəs edir, sayı azaltmaq fikrindəyik.

Ekspertlər isə bu ixtisarlar nəticəsində 40 min sürücünün işsiz qalacağını bildirib.

Xatırldaq ki, bir neçə il öncə Bakıya “London” taksiləri adı ilə yeni taksilər gətirilsə də, vətəndaşların bir çoxu bu taksilərdə ödəniş baha olduğu üçün istehlak etmir. Bu gün vətəndaşlar əsasən şirkələrə məxsus daha müvafiq qiymətə olan taksilərdən istifadə edirlər.

Doğrudur, bu taksilərin də fəaliyyətində müxtəlif nöqsanlar öz əksini tapır. Ancaq yeni tətbiq ediləcək tələblər taksilərin daha baha qiymətə başa gələcəyini göstərir. Bu gün ictimai nəqliyyatın fəaliyyəti isə “göz önündədir”.

Belə olduğu təqdirdə vətəndaşlar baha taksi xidmətlərindən necə yararlanacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirdi ki, hökumətin atdığı addımları izah etməklə bağlı problemləri var və nazir müavini 60 min taksinin çox olduğunu, 20 min olmalı olduğunu deyib:

“Bu belə olmamalıdır. Yəni bir araşdırma işi aparıldıqdan sonra gəlinən nəticəyə uyğun addım atılmalıdır. Sübut etməlidirlər ki, niyə 20 min taksi olmalıdır. Bəlkə 20 min yox, 25-35 min lazımdır? Bununla bağlı hökumətin açıqladığı rəqəm və yanaşma məntiqli deyil.

Ən azından insanlarda sual yaradır ki, nəyə görə kəskin, tənzimləyici addımlara ehtiyac yaranıb. Taksi xidməti son illər Azərbaycanda ən çox rəqabətli mühitdə fəaliyyət göstərən xidmət idi. Yeganə sahə idi ki, bəlkə də qiymətləri artmamış, əksinə azalmışdı.

Taksi xidməti devalvasiyadan öncəki qiymətlərdən belə, ucuz idi. Bu tənzimləyici aktların gətirilməsi taksi xidmətini bahalaşdırmaqla yanaşı insanları da işsiz qoyacaq. İnsanlar heç də öz keflərindən gəlib Bakıda taksi xidməti ilə məşğul olmurdular. İş, başqa fəaliyyət növü yox idisə, onlar da məcburən bu fəaliyyət növü ilə məşğul olurdular.

İndi bu qanunları qəbul etmək daha asandır. Ancaq onun nəticələrini öncədən hesablamaq daha məntiqlidir. Hökumətlər belə davranmalıdır. Yəni bir proqramı olmalıdır ki, “mən bu addımı atdım, 30-40 min insan işsiz qaldı, onları necə işlə təmin edəcəm, hansı sahələrdə iş təklif edəcəm?”. Bu yoxdursa, sadəcə insanların işsiz qalmasına və taksi xidmətinin ölkədə kəskin bahalaşmasına səbəb olacaq. Bundan başqa da “boz” taksi ximəti yaranacaq. Yəni heç bir aktlarla tənzimlənməyən taksi xidmətləri yaranacaq.

Hökumət elə addımlar atır ki, məcburən “boz bazar”, “qara bazar” yaranacaq. Yəni insanlar qohumları, tanışları, votsap qrupları, internet vasitəsilə üzərindən taksi nişanı olmayan dostunun, tanışın, qonşunun xidmətindən istifadə edəcək. Heç hökumətin xəbəri də olmayacaq.

İndiki internet dövründə belə aktlarla bu məsələni həll etmirlər. Bundan başqa ictimai nəqliyyat normal işləsə, taksilərə bu qədər ehtiyac olmaz. İlk növbədə ictimai nəqliyyat, avtobus və metronun intervalları düzəlməlidir. İnsanlar rahat şəkildə gedib-gəlməlidirlər. Bunları düzəltmədən, bu barədə qərar vermədən birdən-birə belə kəskin qərarlar qəbul etmək iki nəticə doğuracaq - işsizlik və qiymət artımı”.


Bölmənin digər xəbərləri

20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA
09 Aprel 2025 TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... - Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya

Dünyapress TV

Xəbər lenti