Əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin aparıcılığını etdiyi pressklub.az-ın "Youtube" kanalında yayımlanan "Mətbuat klubu" verilişin qonağı tanınmış vəkil Aslan İsmayılov olub. Verilişin mövzusu "Ailəvi qətl: cəmiyyətdə mənəvi deqradasiyanı kimlər və necə yaradır?" barəsində olub.
A.İsmayılov qeyd edib ki, bu təkcə ailə faciəsi yox cəmiyyətin, dövlətin faciəsidir.
"Məni dəhşətə gətirən odur ki, bütün cəmiyyət hər kəs qətlə yetirilən ata və ananın üstünə düşdü.
Günahkar isə hamıdır".
Vəkil Aslan İsmayılov ruhi xəstəxanalardakı vəziyyətə də toxunub. Verilişin videosunu təqdim edirik: