Pensiya, maaş və sosial yardım necə artacaq?- HESABLAMA
“2014-cü ilin ilk günündən etibarən bir sıra sosial ödənişlərdə yeni artımlar hesablanacaq. Belə ki, yanvar ayından başlayaraq indeksasiya sisteminə uyğun olaraq pensiyalarda artımların hesablanması həyata keçiriləcək. 2024-cü ildə əmək pensiyalarındakı artım məhz 2023-cü ilin orta aylıq əməkhaqqına edilən artım faizinə uyğunlaşdırılacaq. Belə ki, 2023-cü ilin geridə qalan aylarında orta aylıq əməkhaqqında 11,3% artım qeydə alınıb. Bu, o deməkdir ki, mövcud tendensiya davam edəcəyi halda 2024-cü ilin yanvarında pensiyalar orta hesabla 11% artırılacaq. Artımlar əmək pensiyası alanların hamısına şamil ediləcək. Yəni məbləğdən asılı olmayaraq əmək pensiyası alan vətəndaşlarımızın pensiyasının gələn aydan etibarən 11% artırılacağı gözlənilir”.

“Cebhe.info” xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.


O bildirib ki, vahid indeksasiya mexanizmi formalaşdırıldığı üçün indeksasiya yolu ilə artımlar bütün əmək pensiyası alanları əhatə edir:

“Hər bir pensiyaçı öz pensiyasındakı artımları asanlıqla hesablaya bilər. Məsələn, vətəndaş 500 manat pensiya alırsa, onun pensiyasında, təxminən, 55 manat artım olacaq. İndeksasiya ilə artım fevralın əvvəlində reallaşsa da, artımlar məhz yanvar ayından hesablanır. Pensiyaçı yanvar ayında 500 manat pensiya alacaq, yanvar ayı üçün artırılmış 55 manatı isə fevral ayının pensiyası ilə birlikdə alacaq.

Beləliklə, yanvar ayından qalan 55 manatla fevral ayının artımını birlikdə hesablasaq, vətəndaş fevral ayında 555 manat deyil, 610 manat pensiya alacaq. Mart ayında isə 555 manat artırılmış pensiyanı almağa davam edəcək. Sosial yardımlara gəldikdə isə, sabahdan ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq”.

Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir:

“Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 800 manatdır. Bu il həmin ailə üçün 1230 manat (5 nəfər X 246 manat) ehtiyac meyari, yəni xərc hesablanır.

Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 430 manat (1230 manat- 800 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 430 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1350 manata yüksəlir (5 nəfər X 270 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 430 manat deyil, 550 manat (1350 manat- 800 manat) olur”.

Minimum əmək haqqına gəldikdə isə, bu artımlar isə büdcə paketi ilə deyil, il ərzində ölkə Prezidentinin imzaladığı sərəncamlarla reallaşır:

“Son illər mütəmadi olaraq minimum əməkhaqqıda artımlar həyata keçirilir. Bunlar isə vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından vacib addımlardır. 2024-cü ildə minimum əməkhaqqı məbləğinin fiskal gəlirlərimizdən asılı olacağı gözlənilir. Gələn ilin büdcəsində ümumi xərclərin 45%-ni sosial xərclər təşkil etdiyindən sosial paketin genişlənmə imkanları yüksəkdir”.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA
09 Aprel 2025 TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... - Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya

Dünyapress TV

Xəbər lenti