Praktikada çox nadir hallarda tədbiq olunsa da işəgötürənlərin belə bir məsuliyyətləri də var.
İşəgötürən - əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır:
1.Əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.
2. Əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qərarı ilə müəyyən edildikdə.
3. İşəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə.
4.Əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyaları və digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda.
5. İşçinin əmək haqqı və ya digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə.
6. Əmək müqavilələrinə, işçilərin hüquqlarını - əmək qanunvericiliyinə, kollektiv müqavilə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə.
7. Əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda.
8. Əmək müqaviləsi üzrə işəgötürən tər-dən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə.
9. İşçi, əmək münasibətlərində ayrı-seçkiliyə və təzyiqlərə məruz qaldıqda.
Azər Quliyev,
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.