Əksər hallarda işçilər belə hesab edir ki, hər hansı bir hadisə ilə əlaqədar və ya İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən t-n işçidən yazılı izahatın verilməsini tələb etdiyi halda - İzahatın verilməməsi daha doğrudur. Bu halda işçilər də belə hesab edir ki, yazılı İzahatın verilməməsi - onlara qarşı intizam tənbehinin verilməsinin qarşısını alar, onların günahsız olmasını sübut edlr və ya mübahisə olunduqda gələcəkdə qanunsuz hesab edilə bilər. Əslində isə:
1. Bu hallarda yazılı İzahatın verilməsi-Əmək Məcəlləsində nəzərdə tutulub, bu Məcəlləyə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən-işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Əks halda bu, AR-nın Əmək Məcəlləsinin tələblərinin pozulmasıdl.
2.AR Əmək Məcəlləsinə əsasən, İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
3. Bu hallarda İzahatın verilməsi İşəgötürənin deyil,daha çox işçinin maraqlarına uyğundur.
4. İzahatda işçi zənn edilən və ya həqiqətən pozulan əmək münasibətlərində özünü yazılı olaraq müdafiə edə bilər.
5. İşçi, baş vermiş hadisədə və ya pozuntuda özünü günahsız olduğunu bildirə, sübut edə və ya əsaslandıra bilər.
6. İşçi, baş vermiş hadisə və ya pozuntunun qəsdən deyil, ehtiyatsızlıqdan baş verdiyini bildirə və əsaslandıra bilər.
7. İşçi. baş vermiş hadisə və ya pozuntunun özü tərəfindən deyil, başqa şəxs tərəfindən və ya başqa şəxslərin təqsiri üzündən baş verdiyini bildirə, əsaslandıra, sübut edə bilər
8.Yazılı İzahatda işçi, özünü müdafiə etməklə daha yüngül intizam tənbehi və ya intizam tənbehi sayılmayan xəbərdarlıq ala bilər.
9. İşçi, özünü müdafiə edərkən, şifahi şəkildə bildirə bilmədiyi və ya imkan verilmədiyi hal, fikir və əsaslandırmasını yazılı ifadə edə bilər.
10. İşçi baş vermiş hadisə ilə əlaqədar özü barəsində verilmiş Təqdimatda olan irad və əsasların qanunsuz olması barədə yazılı etiraz təqdim edə bilər.
11. İşəgötürən tərəfindən də işçinin bu barədə yazılı İzahatında olan arqumentlər də müvafiq qaydada araşdırılmalı və ya nəzərə alınmalıdır.
12. Əgər işçi yazılı İzahat verməkdən imtina edərsə, bu barədə müvafiq Akt da tərtib edilə bilər, ilkin baxışda bu həm də işçinin baş vermiş hadisədə günahkar olması kimi ehtimala da səbəb verə bilər.
Azər Quliyev.
Teref. Xocanın Blogu