Sülh danışıqları: Azərbaycan üçün ən sərfəli variant hansıdır?
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması İrəvanın Qarabağa münasibətindən asılı olacaq”.

TEREF.AZ yazır ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Cebhe.info-nun Brüssel formatı çərçivəsində yaxın zamanda Azərbaycan və Ermənistan arasında növbəti sülh danışıqları ilə bağlı sualını cavablandırarkən bildirib.

Politoloq vurğulayıb ki, hər iki tərəf arasında sülh danışıqları, o cümlədən bu məsələ ilə bağlı olan hər hansı təmas intensiv şəkildə davam etməlidir:

“Böyük ehtimalla, növbəti Brüssel görüşü yaxın zamanda baş tutmalıdır. Artıq uzun müddətdir ki, bu format çərçivəsində Azərbaycan və Ermənistan arasında danışıq və görüşlər təxirə salınıb. Hər iki tərəf yalnız müxtəlif vasitələrlə bu və ya digər şəkildə təmaslarını davam etdirirlər. Hazırda danışıqlar masasında sülh müqaviləsi ilə bağlı müzakirə predmeti olan məsələlər var. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən üçtərəfli görüşdə Aİ-nın Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti danışıqların keçirilməsi barədə razılıq əldə olunub”.

Zaur Məmmədov Brüsseldə gözlənilən sülh danışıqlarında bu məsələlərin müzakirə ediləcəyi bildirib:

“Növbəti sülh danışıqlarında Zəngəzur dəhlizinin parametrləri, hər iki dövlət arasında regional kommunikasiyaların inkişafı, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası, həmçinin sülh müqaviləsindən irəli gələcək qarşılıqlı öhdəlik və vəzifələr ətrafında müzakirələr aparılacaq. Bununla bərabər, danışıqlar mövzusuna Azərbaycan və Qarabağ erməniləri arasında hər hansı formada dialoqun aparılması məsələsinin daxil edilməsi də ehtimal oluna bilər. Lakin hal-hazırda bu dialoq Rusiya sülhməramlılarının vasitəsilə davam edir”.

Politoloq qeyd edib ki, ABŞ Avropa İttifaqının Azərbaycanla Qarabağ erməniləri arasında bu dialoqu aparmasını, hətta bu məsələyə öz töhfəsini verməsini istəyir:

“Paşinyan hakimiyyəti də bu dialoqda Avropa İttifaqının vasitəçilik etməsini istəyir. Ruben Vardanyanın qondarma rejimin dövlət naziri vəzifəsindən getməsindən sonra bu məsələdə müəyyən perspektivlər yaranıb. Amma bir məqamı da nəzərə almaq lazımdır ki, Qarabağdakı separatçılar digər dövlətlərə bağlıdırlar, onlardan gələn əmrləri yerinə yetirirlər. Əlbəttə, Qarabağdakı ermənilər arasında siyasi reallığı başa düşənlər də var, yəni bir çoxları artıq anlayırlar ki, Azərbaycana yenidən inteqrasiya olunmaqdan başqa yolları yoxdur”.

Sülh prosesində Moskva və Brüssel formatlarına əlavə olaraq Vaşinqton formatının da yaranması ehtimalına münasibət bildirən Z.Məmmədov artıq belə bir formatın mövcud olduğunu vurğulayıb:

“Sülh danışıqlarının hər hansı format çərçivəsində aparılması Bakı üçün o qədər də önəmli deyil, bizim üçün ən əsası məsələlərin və problemlərin həll edilməsidir. Görünən odur ki, Nikol Paşinyan Qərb platformasında özünü daha təhlükəsiz hesab edir. Ancaq Münxen Təhlükəsizlik Konfransında İrəvanın əldə olunan razılıqları icra etdiyi hələ də görünmür. Ermənistanın XİN rəhbəri Ararat Mirzonyan Laçın dəhlizi ilə bağlı irrasional tezislərini bəyanatlar şəkildə davam etdirəcəksə, heç bir müsbət proses görünməyəcək. Əksinə, Ermənistan hakimiyyətinin bu kimi addımları Vaşinqton formatına xələl gətirir. Ermənistan Azərbaycanla əldə olunan razılıqları mütləq yerinə yetirməlidir”.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Gürcüstanın vasitəçiliyi ilə bağlı söz-söhbətlərə gəlincə isə Z.Məmmədov belə deyib:

“Azərbaycan Gürcüstanın vasitəçiliyinə müsbət yanaşır. Çünki Gürcüstan bu görüşlərdə öz maraqlarını diqtə etməyəcək. Əgər Gürcüstanda Bakı və İrəvan arasında görüşlərlə bağlı qarşılıqlı razılıq əldə olunarsa, qərar verilsə, bu görüşlər mütləq təhlükəsiz şəraitdə keçirilməli və görüşlərin nəticələri üçüncü bir tərəfə ötürülməməlidir. Lakin hazırda sülh danışıqlarının Moskva və Brüsseldə keçirilməsi daha çox ehtimal olunur”.

Sonda Z.Məmmədov qeyd edib ki, hər iki dövlətin imza atacağı sülh müqaviləsi sistemli və konkret olmalıdır:

“Bu müqavilədə Qarabağla bağlı məsələlər, habelə sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması məsələləri öz həllini tapmalıdır”.

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Azərbaycanla Çin arasında mühüm sənədlər imzalandı
23 Aprel 2025 İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi oldu
23 Aprel 2025 Şahbaz Şərif Türkiyədə - Ərdoğanla görüşdü
23 Aprel 2025 Kaya Kallas Azərbaycana səfər edəcək
23 Aprel 2025 Bakının “düşməni” bu dəfə İsraili qəzəbləndirdi – Milyonlarla müsəlmana görə…
22 Aprel 2025 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
21 Aprel 2025 ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir? - “Regnum”
21 Aprel 2025 Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
21 Aprel 2025 Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso

Dünyapress TV

Xəbər lenti