Türkiyə müxalifəti Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizəd ola bilməyəcəyini iddia etsə də, iqtidar deyilənlərin həqiqəti əks etdirmədiyini bildirir.
Cebhe.info xəbər verir ki, ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) bu məsələdə Ərdoğana qarşı çıxmaması diqqət çəkir.
CHP sədri Kamal Kılıçdaroğlu müxalifət düşərgəsində partiyasının bu məsələyə niyə qarşı çıxmadığının müzakirə olunmasına münasibət bildirib. O, Ərdoğanın namizədliyinə qarşı çıxmağın heç nəyi dəyişməyəcəyini söyləyib:
"Tutaq ki, bu məsələyə səsimizi çıxartdıq. Hara gedəcək? Mərkəzi Seçki Komissiyasına (YSK). Bəs oranın üzvlərini kim təyin edir? Ərdoğan. Verdiyi qərara kim etiraz edəcək? Etiraz edə biləcəyin heç bir yer yoxdur. Ali Məhkəmə belə bu qərara baxmır. Dolayısı ilə bizim Ərdoğanın namizəd olub-olmayacağına fokuslanmaq kimi bir düşüncəmiz yoxdur".